Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:04

Fransa həbsxanada ölmüş fəala görə İrandan izahat istəyir


Vahid Sayadi Nasir

Fransa İran hakimiyyətini sosial media postlarına görə həbs edilmiş fəalın dustaqlıqdaykən ölməsi məsələsinə “aydınlıq gətirməyə” çağırıb.

Fransa Xarici İşlər Nazirliyinin 17 dekabr bəyanatında deyilir ki, Vahid Sayadi Nasirinin həbsdəykən dünyasını dəyişməsi “ciddi narahatlıq” yaradır. Nazirlik vurğulayır ki, Nasiri siyasi fəaliyyətinə görə məhbus edilmişdi.

Nasirinin bacısı Elaheh AzadlıqRadiosuna deyib ki, ailəyə dekabrın 12-də fəalın Qum şəhərindəki xəstəxanalardan birində vəfat etdiyi barədə məlumat verilib. Məlumatda deyilirdi ki, Nasiri 50 gün etiraz aclığı keçirməsi nəticəsində ölüb.

https://www.radiofarda.com/a/iv-with-vahid-nasiri/29652627.html

Bacısı bildirib ki, qardaşı həbsxanada saxlanma şəraitinə etiraz olaraq aclıq keçirirdi. O Qum şəhərindən Tehranın Evin həbsxanasına köçürülməsini tələb edirdi.

Lakin Qum vilayətinin baş prokuroru Mehdi Kahe deyib ki, Nasiri xəstəxanada qaraciyər xəstəliyindən vəfat edib.

Prokurorluq bildirib ki, Nasiri “küfrə” görə həbs edilmişdi.

Nasiri bundan əvvəl, 2015-ci ilin sentyabrında ali rəhbər ayətüllah Ali Khamenei-ni “təhqir” etdiyinə və “dövlətə qarşı təbliğat apardığına” görə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihamlar onun Facebook-da yazdığı statuslara istinad edirdi.

Nasiri mart ayında cəzasının 2 il yarımını çəkdikdən sonra azad olunsa da, yenidən avqust ayında həbs olunub.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatı İranı özünün insan haqları öhdəliklərini yerinə yetirməyə çağırıb.

Dekabrın 13-də Birləşmiş Ştatlar Nasirinin “amansız” ölümünə görə Tehranı kəskin tənqid etmişdi.

XS
SM
MD
LG