Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Avropada istilər rekord vurur, Fransada 46 dərəcə isti olub


Minskdə isti, 15 iyun, 2019
Minskdə isti, 15 iyun, 2019

Qərbi və Mərkəzi Avropada bir neçə gündür ki, güclü istilər düşüb.

Bir sıra Avropa ölkələrində havanın istiliyi rekord vurub.

İyunun 28-də Fransada 45,9 dərəcə isti olub.

Bu, ölkənin cənubunda yerləşən Monpele şəhəri ətrafında kölkəlikdə qeydə alınıb.

Həmçinin Çexiya və Polşada rekord istilik qeydə alınıb.

Ötən çərşənbə günü-iyunun 26-da bu ölkələrdə 38 dərəcə isti olub.

İyunun 30-da da Almaniya, Polşa və Çexiyada yenə 38 dərəcə isti gözlənir.

Ən çox isti Fransanın cənubu və İspaniyada qeydə alınır.

Bu ölkələrdə temperatur bir neçə gündür ki, dalbadal 40 dərəcəni keçir.

İspaniyanın şimal-şərq və mərkəzi ərazilərində təbii yanğınlar vəziyyəti daha da çətinləşdirib.

Avropada havaların istiləşməsinə səbəb, Afrikadan gələn isti hava kütləsidir.

Gələn həftə Avropada havalar sərinləşməlidir.

Sinoptiklərin sözlərinə görə builki iyun bir çox ölkələrin tarixdə ən isti ay olacaq ki, bu da qlobal istiləşmə və iqlim dəyişikliyinə daha bir sübutdur.

İqlim dəyişikliyinə qarşı daha fəal mübarizəyə çağıran Fransa prezidenti Emmanuel Makron bildirib ki, bu cür haqdisələr, indiki istilər- həyat vərdişlərini dəyişmək və yeni reallığa uyunlaşmaq barədə düşünməyə vadar edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG