Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:23

Fransa da Almaniyanı Şimal Axını 2-ni dayandırmağa çağırdı


Fransa Rusiyada müxalifətçi Aleksey Navalnının saxlanması ilə bağlı yaranmış vəziyyətə görə Almaniyanı Şimal Axını 2 qaz kəmərinin çəkilişindən imtina etməyə çağırıb.

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Kleman Bon France Inter radiosuna müsahibəsində deyib ki, Avropa İttifaqının Rusiya üzərinə bundan əvvəl qoyduğu sanksiyalar kafi deyil.

Bununla belə Bon əlavə edib ki, bu kəmərin taleyi haqqında qərarı qəbul etmək səlahiyyəti yalnız Berlinə məxsus ola bilər.

Yanvar ayında Navalnının saxlanmasına görə Moskva üzərinə sanksiyalar qoyulmasına Avropa Parlamenti çağırış etmişdi.

Bu sanksiya təkliflərinin arasında Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməli olan Şimal Axını 2-nin tikintisinin dayandırılması da vardı.

Almaniyanın özündə də tərəddüd var

Almaniyanın özündə də tikintisinin 90 faizindən çoxu başa çatmış kəmərin taleyi barədə müzakirələr gedir.

Berlin ilk növbədə ABŞ-ın mümkün sanksiyalarından çəkinir, amma Moskvanın daxili və xarici siyasəti də narahatlığa səbəb olub.

ABŞ və Avropa İttifaqının bir sıra ölkələri Şimal Axını 2 layihəsinə qarşı çıxırlar.

Onlar iddia edirlər ki, bu kəmər Avropanı Rusiyanın enerji resurslarından daha da asılı edəcək və buna görə də Moskvanın əlində şantaj alətinə çevriləcək.

Almaniya və kəmər tikintisinə tərəfdar olan ölkələrsə Şimal Axını 2 layihəsinin sırf iqtisadi səciyyə daşıdığını bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG