Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:09

Donbasda ATƏT-in dronu vurulub


ATƏT müşahidəçiləri Mariupol yaxınlığında dronu uçuşa hazırlayırlar. Foto 2014-cü ildə çəkilib
ATƏT müşahidəçiləri Mariupol yaxınlığında dronu uçuşa hazırlayırlar. Foto 2014-cü ildə çəkilib

Almaniya və Fransa deyirlər ki, ATƏT-in Ukraynanın şərqində monitorinq missiyasında istifadə etdiyidron böyük bir ehtimalla rusiyayönlü separatçılar tərəfindən vurulub. Paris və Berlin cavabdehlərdən “hesab sorulmasını” tələb ediblər.

Noyabrın 1-də verilmiş birgə bəyanatda Almaniya və Fransa bildirirlər ki, bu dron Ukrayna ərazisinəKiyevin nəzarətindən çıxmış şərq sərhədindən, yəni Rusiyadan daxil olan maşın karvanlarını izləyirdi. Bu da bildirilir ki, bu dron separatçıların nəzarətində olan ərazidə yer-göy raketini qeydə almışdı.

Ukrayna hökumət qoşunları ilə ölkənin şərqindəki moskvayönlü separatçılar arasında hərbi əməliyyatlar 2014-cü ilin aprelindən başlanıb. O vaxtdan bəri bu münaqişədə 10 mindən çox insan həlak olub.

Rusiyanın maşın karvanları Ukrayna ərazisinə Kiyevin icazəsi olmadan daxil olurlar
Rusiyanın maşın karvanları Ukrayna ərazisinə Kiyevin icazəsi olmadan daxil olurlar

Moskva və Kiyevlə birlikdə Ukrayna münaqişəsinin çözümü ilə məşğul olan Normand dördlüyünə daxil Fransa və Almaniya bildirirlər ki, ATƏT missisyasının ixtiyarında olan dron oktyabrın 27-də yoxa çıxıb.

Bu insident zamanı uzaqmənzilli dron Rusiya-Ukrayna sərhədini keçmiş maşın karvanını Nijnokrınsk şəhəri yaxınlığında izləyirdi. Bu şəhər qiyamçıların nəzarətindədir.

Berlin və Paris bildirirlər ki, drondan alınmış son məlumatlar onun vurulmasına görə məsuliyyəti Rusiya və onun dəstəklədiyi separatçıların daşıdığını göstərir.

Bəyanatda deyilir ki, “bu son dərəcə xoşagəlməz” insident ATƏT-in mandatını kobudcasına pozub.

ATƏT-in bu bölgədəki müşahidə missiyası mülki xarakter daşıyır.

Ötən mart ayında missiya 18 aylıq fasilədən sonra müşahidə dronundan istifadəni bərpa edəcəyini bildirmişdi. Dronların uçuşu onların dəfələrlə vurulub salınmasına görə dayandırılmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG