Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:52

Avropa Komissiyasının yeni sədri niderlandlı siyasətçi ola bilər


Frans Timmermans
Frans Timmermans

Avropa Komissiyasının yeni sədri, niderlandlı siyasətçi Frans Timmermans ola bilər.

O, böyüklüyünə görə Avropa Parlamentində ikinci olan sosialistlər və demokratların birləşdiyi solmərkəzçi fraksiyanı təmsil edir.

Bu barədə Almaniya mətbuatı və informasiya agentlikləri Avropa Şurasının rəhbəri Donald Tuskum fraksiyaya təqdim etdiyi sənədlərə istinadla xəbər verirlər.

İyunun 30-u axşam saatlarında Avropa Şurasının növbəti sammiti başlanır.

Məlumata görə, onun namizədliyi sağmərkəzçi, sormərkəzçi və liberallar qüvvələrin geniş kompramisi əsasında keçib.

Mətbuatın yazdığına görə, parlamentdə ən böyük fraksiya olan sağmərkəzçi Avropa Xalq Partiyasının namizədi Manfred Veber isə axır ki, Avropa Komissiyasının yox, Avropa Parlamentinin prezidenti olacaq.

Donald Tuskdan sonra Avropa Şurasının yeni sədri isə liberalların nümayəndəsi olacaq.

Çox güman ki, bu vəzifəni, Fransa prezidenti Emmanuel Makronun “İrəli, Respublika” partiyasının namizədi tutacaq.

Kadr dəyişiklikləri bu ilin payızında olmalıdır, amma bütün bunlar indi razılaşdırılmalıdır.

Rəsmi məlumat sammitin sonunda açıqlanacaq.

Amma bu nəticəni hələlik mütləq hesab etmək olmaz. Çünki İtaliya başda olmaqla bir sıra Şərqi Avropa ölkələri sosialistlərin bu vəzifəyə namizədinə qarşı çıxdılar.

Amma məlumata görə, Almaniya, İspaniya və Fransa bu kompramisi dəstəkləyirlər.

XS
SM
MD
LG