Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Diktatorun qalıqları fəxri məzarlıqdan adi qəbirstanlığa köçürülüb


General Francisco Franco 1939-cu ildə Bilbaoda çıxış edərkən
General Francisco Franco 1939-cu ildə Bilbaoda çıxış edərkən

Oktyabrın 24-da İspaniyada diktator Francisco Franco-nun qalıqları başqa məzarlığa köçürülüb.

Onun nəşini Şəhidlər Vadisindəki xatirə kompleksindən çıxararaq Madrid yaxınlığındakı El Pardo məzarlığına aparmış və burada arvadının yanında dəfn etmişlər.

Bu proses canlı olaraq RTVE kanalında translyasiya olunub:

Eksqumasiya və təkrar dəfn qohumların iştirakı ilə həyata keçirilib. Bu prosedurda məhkəmə müstəntiqi və dövlət dəfn bürosunun heyəti də iştirak edib.

Onların adları şəxsi təhlükəsizlikləri mülahizəsi ilə məxfi saxlanır. Hesab olunur ki, onlar ifrat sağçı fəalların zorakılığına məruz qala bilərlər.

Bütün rəsmi prosedurların icrasından sonra Franco-nun qalıqları üzərində heç bir dövlət simvolu olmayan yeni tabuta qoyulub.

Cənazəni Şəhidlər Vadisindəki məqbərədən onun qohumlar və yaxınları çiyinləri üstündə çıxarıblar.

Bundan sonra tabut helikopterlə yeni dəfn yerinə aparılıb. Dəfn mərasimində yalnız qohumlar iştirak ediblər.

İspaniya hökuməti Franco-nun təkrar dəfni barədə qərarı ötən ilin avqustunda qəbul etmişdi.

Diktatorun qohumları bu qərardan narazı idilər, lakin Ali Məhkəmə onların şikayətini rədd edib.

Franco 36 il müddətində İspaniyanın ali baş lideri – kaudilyosu olub.

1936-1939-cu illərin vətəndaş müharibəsindən sonra Franco ölkədə sağ təmayüllü diktatura yaradıb və 1975-ci ildə baş vermiş vəfatınadək ona rəhbərlik edib.

Şəhidlər Vadisindəki keçmiş məzar
Şəhidlər Vadisindəki keçmiş məzar

Ölümündən sonra Franco-nu Şəhidlər Vadisindəki fəxri xatirə kompleksində dəfn etmişdilər.

Onun hələ sağlığında tikintisinə başlanmış bu kompleks geniş meydan və məbədlə birlikdə İspaniya vətəndaş müharibəsinin hər iki cəbhəsindən həlak olanların abidəsi olmalıydı.

Burada həm qalib millətçilərdən, həm də məğlub olmuş respublikaçılardan bütün ölənlər dəfn olunmuşdu.

Diktatorun da burada dəfn edilməsi İspaniya sağları və solları arasında illərlə davam edən mübahisə predmetinə çevrilmişdi.

Ötən mart ayında İspaniyanın sosialist hökuməti Franco-nun qalıqlarının iyun ayından gec olmayaraq köçürüləcəyini vəd etmişdi.

Diktatorun ailəsi onun qalıqlarının Madriddəki Almudena baş məbədində dəfn olunmasını istəyirdilər.

Lakin diktatorun məzarının paytaxtın turist mərkəzində ziyarətgaha çevrilməsini istəməyən hökumət bu tələbi rədd etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG