Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Keçmiş amerikalı kardinal və arxiyepiskop cinsi istismara görə istefaya göndərildi


Cardinal Theodore McCarrickc
Cardinal Theodore McCarrickc

Roma papası Francis, Vaşinqtonun keçmiş kardinalı, arxiyepiskop Theodore McCarrick-ın istefasını qəbul edib.

O, 50 il əvvəl həddi-buluğa çatmamış oğlana qarşı cinsi istismarda ittiham olunur. Bəzi məlumatlara görə, seksual zorakılığa məruz qalan 16 yaşlı bir qulluqçu olub və insident 1970-ci illərdə baş verib.

McCarrick Roma Katolik Kilsəsində ABŞ-ın ən nüfuzlu kardinallarından biri idi.

AzadlıqRadiosunun Reuters və digər qərb agentliklərinə istinadla verdiyi məlumata görə, Roma papası Francis iyulun 28-də onun istefasını qəbul edib.

Bu barədə CNNBBC-də məlumat yayıb.

Məlumatda deyilir ki, McCarrick Roma Katolik Kilsəsində öz titulunu itirən ilk canlı amerikalı kardinaldır.

Papa ona təcrid vəziyyətdə yaşamağı və qalan həyatını ibadətə, günahlarını yumağa həsr etməyi məsləhət görüb.

Keçmiş kardinal bundan əvvəl,bir neçə gənc dindara qarşı cinsi qısnamada ittiham olunurdu.

Amma 88 yaşlı kardinal bunları xatırlamadığını deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG