Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Formula-1 Azərbaycan Qran-Prisinin qalibi bilindi


Lewis Hamilton
Lewis Hamilton

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi bəlli olub.

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının pilotu Luis Hamilton olub.

İkinci yeri Kimi Raykonnen (“Ferrari”), üçüncü yeri isə Serxio Peres (“Force India”) tutub.

***

Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Sonra Azərbaycanın dövlət himni ifa edilib.

Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Aprelin 28-də keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub.

2017-ci il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Bakı sakinləri Formula-1 pilotlarından kimi tanıyırlar? [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Xatırlatma

Azərbaycanda Formula-1 yarışları bu il üçüncü dəfədir ki, keçirilir. Buna qədər bu yarışlar Azərbaycanda 2016-cı və 2017-ci illərdə keçirilib. Bu yarışlar, razılaşmaya əsasən, Azərbaycanda 2019 və 2020-ci illərdə də təşkil edilməlidir. Azərbaycan rəsmilərinin bildirməsinə görə, əvvəlcədən razılaşdırılmış bu haldan imtina edərlərsə, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Ancaq rəsmilər ümumilikdə Formula-1 yarışlarına nə qədər xərc çəkildiyini açıqlamırlar. Azərbaycan müxalifəti baş verənləri israfçılıq sayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG