Rusiya parlamentinin aşağı palatası Dövlət Duması Federal Mühafizə Xidmətinin (FMX) əməkdaşlarına hərbi texnikadan istifadə icazəsi verən qanun layihəsini qəbul edib.
İndiyədək mövcud olan qanunvericilyə görə dövlət rəhbərlərini , o cümlədən prezident Vladimir Putini qoruyan FMX-nin əməkdaşları fiziki gücdən, xüsusi vasitələrdən və silahdan istifadə edə bilərdilər.
Yeni qanun FMX-nə helikopter və zirehli hərbi texnikadan istifadə icazəsi verir.
Qanunda deyilir ki, FMX bölmələrinin komandirləri ağır hərbi texnikadan istifadə üçün əmrlər verə bilərlər.
Bu qanun layihəsinin təşəbbüsçüləri – hakim Vahid Rusiya partiyası fraksiyasının üzvləri Vasily Piskarev, Ernest Valeev və Aleksandr Khinshteyn, habelə Ədalətli Rusiya fraksiyasından Nikolay Ryzhak-dır.
Qannunda deyilir ki, Kremlin və prezident administrasiyasının mühafizəsi üçün FMX-nin hərbi texnikaya malik olması zəruridir.
Deyilənlərlə yanaşı qanunvericilik aktında habelə FMX-nin səlahiyyətlərinin gücləndirilməsi də nəzərdə tutulur.
Qanun layihəsində qeyd olunur ki, FMX haqqında qanun son dəfə 1996-cı ildə qəbul edilib və ona görə də təzələnməsinə ehtiyac var.
Qanun habelə FMX-nin ağır texnikadan istifadəsinin qaydalarını izah edir.