Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 12:32

Savaşan Flora Kərimova...


Flora Kərimova
Savaşan Flora Kərimova yubileyə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:29:57 0:00
Direct-ə keçid

O, sovetlər dönəmində «Böyük Vətən Müharibəsi» adlanan amansız savaşın başlanmasından düz bir ay sonra doğulub.

Ammadeyir ki, «müharibə cəmi 5 il sürdü, mənim savaşımsa hələ davam edir».

Həyat savaşında gərgin mübarizələrdən keçib.

Onu yandıran, kürəyini qovuşduran, başından tüstü çıxaran, dözümsüz anlarını dəyişdirmək keçir könlündən...

O üzdən «Əlimdə olsaydı, həyatıma düzəliş verərdim» deyir.

Amma nəyi düzəldəcəyini düşünmür, çünki bunun mümkünsüzlüyünü anlayır...

Oxuduğu mahnılarla hamını ovsunlasa da, «Sevgidən oxuduğum heç bir mahnıda yanğı çəkməmişəm», - deyir. «Özgə dərdini» çatdırdığını vurğulayır.

Amma son illər oxuduğu «İlahi», «Mənim-mənim», «Əzəl gündən dünya yalan dünyadır» mahnılarında yaşadığı hissləri ifadə etdiyini bildirir.

Şəxsi həyatından məmnun olduğunu dilə gətirir, amma «xoşbəxt» sözünün nə olduğunu bilmir...

Beləliklə, AzadlıqRadiosunun «İz» proqramının budəfəki qonağı iyulun 23-də növbəti yubileyini qeyd etməyə hazırlaşan Flora xanım Kərimovadır.

İyulun 17-də saat 23-də o möhtəşəm səsə bir də qulaq kəsilin.

Səsinin özəlliklərini, uşaqlıq xatirələrini bənzərsiz müğənninin öz dilindən eşidin.

Bu «İz»i itirməyin.

XS
SM
MD
LG