Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 09:19

Flashmobda saxlanan gənclərin buraxıldığı bildirilir


Ruslan İzzətli

"Bu gün, yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı Bakının Nizami küçəsində flashmob keçirərkən saxlanan gənclər buraxıldı".

Bunu “D-18” Hərəkatının sədri Ruslan İzzətli deyib.

O, vurğulayıb ki, polis izahat alıb gəncləri sərbəst buraxıb: “Gənclərdən flashmob keçirmələrinin səbəbi və başqa məsələlər soruşulub”.

Verilən bu məlumata, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, “D-18” Hərəkatının bir qrup üzvünün bu gün, yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı Bakının Nizami küçəsində (Torqovı kimi tanınır) Flashmob keçirir.

Bu barədə təşkilatın sədri Ruslan İzzətli danışmışdı.

Onun sözlərinə görə, tədbirə polis müdaxiləsi olub, 5-dən çox gənc saxlanıb. Onun vurğulamasına görə, saxlanan gənclər Səbail Rayon Polis İdarəsinin 9 saylı polis bölməsinə aparılıblar: “Bir neçə saatdır ki, gənclər buradadıralr və hələ də sərbəst buraxılmayıblar. Üstəlik, bizə hər hansı söz də demirlər”- deyə Ruslan İzzətli bildirib.

Hadisə ilə bağlı 9 saylı polis bölməsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

“D-18” Hərəkatı 2013-cü ildə yaradılıb .

Xatırlatma

Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 135-ci doğum günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində, tanınmış ruhani ailəsində doğulub.

O, Müsavat Partiyasının qurucularından olub. Çar imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın - AXC-nin yaradılmasında iştirak edib.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib. M.Ə.Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. O, həbs edilib, daha sonra Moskvaya aparılıb. Moskvadan isə gizlin mühacirətə gedib.

M.Ə.Rəsulzadə mühacirətdə olsa da, ömrünün sonuna kimi müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirib. 1955-ci il martın 6-da Ankarada vəfat edib.

XS
SM
MD
LG