Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 09:08

Finlandiya Rusiya ilə mümkün müharibəyə hazır olduğunu bildirir


Finlandiya əsgərləri may təlimləri zamanı
Finlandiya əsgərləri may təlimləri zamanı

Finlandiya Silahlı Qüvvələrinin baş komandanı deyib ki, Rusiya tərəfindən hücum olarsa, onun ölkəsinin ordusu bu hücumu dəf etməyə hazırdır

Finlandiya Silahlı Qüvvələrinin baş komandanı, general Timo Kivinen deyib ki, Rusiya tərəfindən hücum olarsa, onun ölkəsinin ordusu bu hücumu dəf etməyə hazırdır.

Onun sözlərinə görə Finlandiya illərlə məhz indi Ukraynada baş verən müharibə tipində münaqişəyə hazırlaşıb.

Kivinen bəyan edib ki, Finlandiya hətta NATO-ya üzv qəbul edildikdən sonra da, onun müdafiəsi üçün məsuliyyət öz silahlı qüvvələrinin üzərinə düşəcək.

General vurğulayıb ki, Finlandiyanın əhəmiyyətli silah cəbbəxanası var, lakin istənilən təcavüzkarın dəf edilməsi üçün əsas amil fin əsgərinin yüksək motivasiyasıdır:

"Ukrayna Rusiyanın çeynəyə bilməyəcəyi bərk tikə oldu. Finlandiya da belə olacaq”.

Kivinen bildirib ki, Finlandiya planlı şəkildə öz müdafiə qabiliyyətini yüksəldir: ölkənin 370 kilometrlik mıəsafəni vuran qanadlı raketləri var.

Onun sözlərinə görə Helsinki habelə 4 yeni döyüş gəmisi sifariş edib və ABŞ-ın Lockheed Martin şirkətindən 64 ədəd təkmil F-35 qırıcısı alacaq.

Bundan başqa Finlandiya 2 minədək dron, hava hücumundan müdafiə sistemləri almağı, Rusiya ilə sərhəd boyunca səd tikməyi planlaşdırır.

Moskva ilə iki dəfə üz-üzə

XX əsrin 1940-cı illərində Finlandiya iki dəfə Sovet İttifaqı ilə döyüşməli olub.

Finlandiya 1939-1940-cı illərdə baş vermiş “qış müharibəsi” zamanı ərazisinin beşdə birini itirsə də, müstəqilliyini əldən verməyib.

Finlandiya SSRİ ilə ikinci dəfə II Dünya Müharibəsində üz-üzə gəlib. Bu müharibədə Finlandiya 100 min nəfər itki verib.

II Dünya Müharibəsinin nəticəsi olaraq Finlandiya neytrallıq statusu qəbul edib.

Helsinki bu neytrallığı bu il Rusiya Ukraynaya təcavüz edənədək saxlamışdı.

Lakin ölkə may ayında Rusiyanın mümkün təcavüzündən qorunmaq üçün NATO üzvlüyünə müraciıət edib.

Hazırda bu üzvlük barədə danışıqlar aparılır.

Finlandiya hazırda ÜDM-nin 2 faizini müdafiəyə xərcləyir.

Rusiya rəsmiləri Finlandiyanın NATO-ya üzvlük niyyəti ilə bağlı hiddətli bəyanatlar veriblər.

Bununla belə Moskva Ukraynanın mümkün NATO üzvlüyündə daha böyük təhlükə görür.

XS
SM
MD
LG