Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Finlandiya sularında da “Şimal axını-2” qaz kəmərinin çəkilişinə başlanılıb


Foto arxiv
Foto arxiv

“Pioneering Spirit” boru qoyan gəmisi, Baltik dənizində “Şimal axını-2” qaz kəmərinin çəkilişinə başlayıb.

Bu barədə “Şimal axını-2” şirkətinin yaydığı press-relizdə bildirilir.

“Pioneering Spirit”, dünyada bu növ gəmilər arasında ən böyük gəmi sayılır.Uzunluğu 382 metr olan gəmidə 570 nəfər çalışır.

Gəmi İsveçrənin “”Allseas” şirkətinə məxsusdur.

Hazırda nəzərdə tutulan 1224 kilometrlik kəmərin təxminən 370 kilometri hazırdır. Press-relizdə qeyd edilir ki, kəmərin tikintisi cədvəl üzrə gedir.

Beləliklə, dənizin Almaniyaya aid hissəsində boru çəkilişi artıq başa çatıb.

Danimarkanı çıxmaq şərtilə 5 Baltikyanı ölkədən 4-ü kəmərin çəkilişinə icazə verib.

Rusiyanın “Qazprom” və bir sıra Avropa şirkətlərinin iştirak etdiyi birgə layihə, Rusiya qazını Almaniya və digər Avropa ölkələrinə çatdırmalıdır.

Layihənin tikintisi 2019-cu ilin sonunda başa çatdırılmalıdır.

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki silahlı münaqişəyə görə, son vaxtlar bir sıra Avropa ölkələri və ABŞ bu layihəni tənqid edirlər.

Qərb hesab edir ki, bu, Avropanın Rusiya qazından asılılığını daha da artıracaq.

ABŞ Konqresinin hər iki palatası bu yaxınlarda bu layihəyə qarşı qətnamə qəbul ediblər. ABŞ prezidenti DonaldTrump da bu layihəyə qarşı çıxır.

Almaniya kansleri Angela Merkel isə layihəni dəstəkləyir.Amma eyni zamanda qeyd edir ki, Ukrayna 2020-ci ildən sonra da qaz nəqlində tranzit ölkə rolunu oynamalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG