Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 16:54

Moldovanın baş naziri parlamenti buraxaraq yeni seçki təyin etdi


Moldovoda etiraz aksiyası, 9 iyun, 2019
Moldovoda etiraz aksiyası, 9 iyun, 2019

Moldovanın baş naziri Pavel Filip iyunun 9-da parlamentin buraxılması və sentyabrın 6-da vaxtındanəvvəl seçki keçirilməsi barədə fərman imzalayıb.

Qeyd edək ki, ölkənin Konstitusiya məhkəməsi prezidentin səlahiyyətlərini müvəqqəti ona verib.

Konstitusiya məhkəməsi bundan əvvəl, prezident İgor Dodonun yeni hökumətin tərkibini təsdiqləməsini qanunsuz sayıb.

Qərarı ölkə parlamenti də təsdiqləmişdi, amma müvvəqqəti prezident Pavel Filib bunu qəbul etməyib.

Öz növbəsində parlament də buraxılmaqdan imtina edir.

Sosialist partiyası və avropapərəst ACUM blokundan olan deputatlar Filipi hakimiyyəti zəbt etməkdə ittiham edən bəyannamə qəbil ediblər.

Onların iddiasına görə baş nazir Pavel Pilip və Konstitusiya məhkəməsinin arxasında parlamentdə azlıqda olan “Demokrat” partiyasının rəhbəri və biznesmen Vladimir Plakhotnyuk durur.

Vlad Plahotniuc mitinq keçirir, 9 iyun, 2019
Vlad Plahotniuc mitinq keçirir, 9 iyun, 2019

Depotatlar hakimiyyətin zəbti ilə bağlı BMT-yə də müraciət ediblər.

Parlamentin iyunun 8-də keçirilən təcili iclasında yeni nazirlər kabineti yaradılmışdı. Həmin kabinetə rusiyapərəst prezident İgor Dodon-un “Sisialist partiyası” və ACUM alyansının nümayəndələri daxil idi.

Kabinetə isə ACUM alyansının liderlərindən biri Mayya Sandu rəhbərlik edirdi.

Onlar belə bir qeyri-adi siyasi ittifaqa girmələrinin səbəbini, Plakhotnyukun hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyi ilə izah edirlər.

Amma Konstitusiya məhkəməsi, yeni hökumətin yaradılmasına qoyulmuş vaxtın bitdiyini əsas gətirərək parlamentin qərarını qanunsuz saydı.

Məhkəmə həmçinin prezident İgor Dodon-u vəzifədən müvəqqəti kənarlaşdıraraq onun səlahiyyətlərini baş nazir Pavel Filip-ə verdi.

Prezident Dodon beynəlxalq aləmi böhranın həllində vasitəçi olmağa çağırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG