Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 18:15

Platini də belə getdi


Michel Platini və Sepp Blatter

FİFA-nın Nizam-İntizam Komitəsi UEFA prezidenti Michel Platini və FİFA-nın vitse-prezidenti Chung Mong-joonun səlahiyyətlərini müvəqqəti dayandırıb.

Onların ikisi də FİFA prezidentliyinə namizəddirlər.

Qeyd edək ki, FİFA prezidenti Sep Blatter və təşkilatın baş katibi Jerome Valcke də vəzifədən kənarlaşdırılıblar.

Bu barədə Goal.com saytı məlumat yayıb.

Blatter, Platini və Valcke vəzifədən 90 günlük kənarlaşdırılıb. Chunga isə 6 illik qadağa və 103 min dollar cərimə tətbiq edilib.

FİFA-nın nizam-intizam komitəsi bunun həmin şəxslərlə bağlı aparılan istintaq işi ilə bağlı olduğunu deyir.

İsveçrənin Federal Ədliyyə Bürosu FİFA prezidenti Seep Blatterin UEFA prezidenti Michel Platininin bank hesabına qanunsuz olaraq 2 milyon İsveçrə frankı köcürdüyünü iddia edir.

Platini ittihamı rədd edir və əməliyyatın qanuni olduğunu deyir.

XS
SM
MD
LG