Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:16

Feysbuk-un bir qrup səhmdarı Zuckerbergin rəhbərlikdən getməsini tələb edir


Mark Zuckerberg, Feysbukun banisi

Feysbuk-un bir qrup səhmdarı bəyan ediblər ki, onun banisi və ən iri səhmdarı olan Mark Sukerberq (Mark Zuckerberg) idarə rəhbərliyindən getməlidir.

Məlumata görə 2019-cu il mayın 30-da şirkətin səhmdarlarının illik toplantısı keçiriləcək.

Bir qrup səhmdar bu ərəfədə ABŞ-ın qiymətli kağızlar və birja üzrə komissiyasına bəyanat göndəriblər.

Onlar iddia edirlər ki, şirkətdə 13 faiz səhimi olan Sukerberqin idarəçilikdə yarıdan çox səsi var ki, bu ədalətsizlikdir.

Demək olar ki, şirkətin siyasətinə faktiki Sukerberq nəzarət edir.

Digər səhmdarlar, onu son vaxtlar Feysbuk ətrafında baş verən qalmaqalda günahlandırır və deyirlər ki, bundan sonra birjada şirkətin səhmləri ucuzlaşıb.

Söhbət, istifadəçilərin şəxsi məlumatlarının sızdırılması, Feysbuk sosial şəbəkəsindən “yalan informasiyaların” yayılması üçün istifadə edilməsi və Rusiyanın “internet-trolları” da daxil olmaqla seçkiyə müdaxilədən gedir.

Buna da bax: Zuckerberg Avropa Parlamentində üzr istədi

Məlumata görə 2018-ci ilin iyulunda şirkətin səhmləri təxminən 40 faiz ucuzlaşıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG