Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

DTX: Fəxrəddin Abbasov aeroportda saxlanıb


Fəxrəddin Ababsov
Fəxrəddin Ababsov

Vəkil Rodion İdrisov Fəxrəddin Abbasovdan danışdı

«Fevralın 26-da Fəxrəddin Abbasova Rusiyada sığınacaq verilməsindən imtina edilib. 27-də isə saxlandığı İstintaq Təcridxanasından yoxa çıxıb».

Bunu F.Abbasovun vəkili Rodion İdrisov AzadlıqRadiosuna deyib.

Vəkilin vurğulamasına görə, fevralın 28-də Moskva vilayətinin Lyuberetsk məhkəməsində proses olmalı idi. O qeyd edib ki, F.Abbasovun maraqlarını qorumaqdan ötrü çox adam yığılsa da, məhkəmə prosesi olmayıb.

R.İdrisovun vurğulamasına görə, sonra eşidiblər ki, burada məhkəmə olub. Vəkil əslində məhkəmə olmasına inanmır: «Əgər belə bir proses olsaydı, bundan xəbərimiz olardı. Sonradan sadəcə sənədlər vasitəsilə belə bir görüntü yaradıblar ki, guya onun Azərbaycana ekstradisiyası qanun çərçivəsində baş verib».

Vəkil bildirib ki, eşitdiyinə görə, F.Abbasov Azərbaycan əleyhinə çağırışlarda ittiham edilib.

«Onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə gəldikdə isə, istintaq materiallarında belə hal olmayıb»,-deyə vəkil bildirib.

+++

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan vətəndaşı Fəxrəddin Abbasov barədə məlumat yayıb. Onun Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri üzrə şübhəli bilindiyi, təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə qərar çıxarıldığı bildirilir.

DTX qeyd edir ki, F.Abbasovun Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddəti bitdiyindən Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunub və o, 28 fevral 2019-cu ildə Bakı Beynəlxalq Hava Limanında saxlanılıb.

«Hazırda F.Abbasovun Ermənistana səfərləri, özünün də bildirməsinə görə, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir», - məlumatda vurğulanır.

Bu deyilənlərə F.Abbasovun, onun yaxınlarının, yaxud vəkilinin mövqeyi bəlli deyil.

Fəxrəddin Abbasovun Rusiya təcridxanasından yoxa çıxdığı xəbər verilir

Amnesty International insan haqları təşkilatı bildirir ki, Azərbaycanda separatçılıqda və mövcud konstitusiya quruluşunun zoraklılıqla devrilməsi cəhdində ittiham olunan və axtarışda olan Fəxrəddin Abbasov Rusiyanın Lyubertsı şəhərindəki təcridxanadan yoxa çıxıb.

O 2018-ci ilin sentyabrında Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin müraciəti əsasında saxlanıb.

Amnesty International təşkilatının məlumatına görə fevralın 27-də səhər baş prokurorluqdan olduqlarını deyən naməlum şəxslər təcridxanaya gəliblər və guya onun azad edilməsinə dair məktubu təqdim ediblər.

Onların daha sonra Abbasovu özləri ilə apardıqları deyilir. Bu da bildirilir ki, Abbasovun əşyaları təcridxanada qalıb. Bu informasiyanı Abbasovun vəkili də təsdiq edib.

Abbasovun işi üzrə fevralın 28-də keçirilməli məhkəmə dinləməsi onun yerinin məlum olmamasına görə martın 18-ə dəyişdirilib.

Fəxrəddin Abbasovun harada olması məlum deyil.

2018-ci ilin iyulunda Bakı Səbail Rayon Məhkəməsi Fəxrəddin Abbasova qarşı Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar)və 283.1 (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə cinayət işi qaldırıb.

O 2018-ci ilin 6 sentyabrında Moskva ətrafındakı Lyubertsı şəhərində saxlanmışdı və Azərbaycana ekstradisiyasına hazırlıq görüldüyü xəbər verilirdi.

O, 1994-cü ildə Azərbaycandan qaçıb və o vaxtdan Rusiyada yaşayıb. Bu da xəbər verilir ki, Abbasov2010-cu ildə Rusiyadan müvəqqəti sığınacaq istəyib və müsbət cavab alıb.

Bəzi xəbərlərə görə o 2014-cü ildə Rusiya vətəndaşlığı üçün müraciət etsə də, ərizəsinə indiyə kimi baxılmayıb.

Hələlik Azərbaycan və Rusiya rəsmiləri bu xəbərə münasibət bildirməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG