Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:46

Prezident aparatının rəsmisi Gülen-lə mübarizədən danışdı


Fetlullah Gülen-in Azərbaycan bağları...
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Fetlullah Gülen-in Azərbaycan bağları...

«Azərbaycan dövləti radikal dini cərəyanlara - istər vəhhabiliyə, istər radikal şiəliyə, istərsə də Fethullahçı Terror Təşkilatına qarşı ciddi mübarizə aparır. Artıq onlara ciddi zərbələr vurulub».

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Mətbuat Şurasında «Azərbaycan mediası dini radikalizmə qarşı» mövzusunda keçirilən tədbirdə deyib.

B.Həsənovun bildirməsinə görə, Fethullah Gülen-in Azərbaycandakı ruporu olan «Zaman» qəzeti və ondan müsahibə alan telekanal haqda müvafiq tədbir görülüb: «Bu xətt davam edəcək. Azərbaycan dövlətində heç bir dini radikal cərəyana yer yoxdur».

Buna da bax-'Hökumət bu yolla Erdoğan-ın təzyiqindən yayınır'

B. Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dünyaya inteqrasiya yolunu tutub: «Azərbaycan dövləti radikal dini cərəyanların qarşısını alacaq. Bu sahədə medianın üzərinə böyük yük düşür. Hər bir məsələdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma ümummilli məsələlərdə ortaq mövqe nümayiş olunmalıdır. Günümüz üçün aktual olan məsələ FETÖ-dür. Azərbaycan dövləti istənilən dini, etnik terror təşkilatına qarşı mübarizə aparır. Konstitusiyamızda açıq göstərilib ki, din dövlətdən ayrıdır».

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. Ancaq F.Gülen-in özü bu ittihamları qəbul etmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG