Türkiyədə Fethullah Gülenin qardaşı Kutbettin Gülen həbs olunub.
Onu İzmir şəhərində terrorla mübarizə şöbəsinin əməkdaşları həbs edib.
Kutbettin Gülenin FETÖ-ya (Fethullahçı Terror Təşkilatı) dəstək açıqlamalarına görə həbs olunduğu bildirilir.
O, bir müddət əvvəl Türkiyədən getsə də, sonrada qayıtmışdı.
Buna da bax: Gülen hərəkatı və Türkiyə dövləti: toqquşmanın səbəbi nədir?
Türkiyə hökuməti Fethullah Güleni iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdin təşkilatçısı sayır. Gülen bu ittihamı qəbul etmir.
Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd zamanı 300-ə yaxın adam həlak olmuşdu. Onlardan 240-dan artığı dinc sakinlər idi. Çevrilişə cəhddən sonra Türkiyədə kütləvi həbslər başlayıb. Həbslər hələ davam edir.