Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:44

Rusiya özbək jurnalisti ‘hələlik’ deport etməyəcək


Özbək jurnalist Feruz - Hudoberdi Nurmatovun Rusiyadan deportasiyası təxirə salınıb
Özbək jurnalist Feruz - Hudoberdi Nurmatovun Rusiyadan deportasiyası təxirə salınıb

Rusiyanın Ali Məhkəməsi “Novaya qazeta” qəzetinin müxbiri, Özbəkistan vətəndaçşı Ali Feruzun Rusiyadan deport olunmasına verilmiş orderi ləğv edib.

Ali Məhkəmə Feruzun apellyasiya vəsatətini qismən təmin edib və yanvarın 24-də verdiyi hökmlə bu işi təkrar araşdırmaya qaytarıb.

Moskvanın Basmannı rayon məhkəməsi ötən noyabrda Feruzun Rusiyada qanunusz işlədiyinə dair hökm çıxarmışdı. Məhkəmənin hökmündə deyilirdi ki, jurnalist deportasiya edilməli və 5 min rubs (85 dollar) cərimə ödəməlidir. Lakin Avropa İnsan Haqları Məhkəməsinin(AİHM) bu iş üzrə qərarından sonra hökm ləğv olunmuşdu.

Feruz günahsızlığını sübut etmək üçün deyirdi ki, o “Novaya qazeta”nın ştatlı əməkdaşı deyil və gördüyü işə görə bu qəzetdən müntəzəm maaş almır.

AİHM-in jurnalistin deportasiyasını ləğv edən hökmündə qeyd olunurdu ki, Feruz Özbəkistana qayıdarsa yerli hakimiyyət tərəfindən həbs oluna, işgəncələrə məruz qoyula və hətta öldürülə bilər.

Oktyabr ayında Moskvanın eyni məhkəməsi Feruza sığınacaq verilməsindən imtina edilməsinə dair miqrasiya hakimiyyət orqanlarının 2015-ci il tarixli qərarını təsdiq etmişdi. Həmin məhkəmənin hökmündə deyilirdi kİ, Feruz Özbəksitanda təhlükə ilə üzləşəcəyinə dair sübutları təqdim edə bilməyib.

Feruz xaricilər üçün saxlanma mərkəzində saxlanırdı. Burada adətən xaricilər AİHM-in yekun qərarınadək saxlanır.

Əsl adı Hudoberdi Nurmatov olan Feruz 1986-cı ildə Sibirdə doğulub.

O 17 yaşında Rusiyanı tərk edərək atalığının yanında yaşamaq üçün Özbəkistana gedib və orada Özbəkistan vətəndaşlığını qəbul edib.

Lakin o 2008-ci ildə Özbəkistandan qaçıb və bildirib ki, orada iki gün müddətində Özbəskistanın xüsusi xidmətləri tərəfindən saxlanıb və ona işgəncələr verilib.

Rusiyanın tanınmış insan haqları fəalları və ziyalıları Kremli Feruzu deport etməməyə çağırıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG