Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

‘120 ton pambıq yığanın’ niyə qara qəpik də qazancı olmayıb?


Vergidən kimlər yayınır - Nazir açıqlayır
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Vergidən kimlər yayınır - Nazir açıqlayır

Qarşıdan yaz fəsli, əkin-biçin mövsümü gəlir. 10 ilin fermeri, İmişlinin Qaraqaşlı kənd sakini Əfrail Əsədov da bu mövsümə hazırlaşır. O deyir ki, ötən il tarlasından 120 ton pampıq, 100 ton pomidor, 70 ton kartof, 21 ton taxıl, 8 ton sarımsaq götürüb. Bu həmin rəqəmləri ona görə xüsusi vurğu ilə deyir ki, bu qədər məhsul toplasa da bir qara qəpik qazancı olmayıb:

“Mən bu qədər torpaq əkirəm, bu qədər də məhsul istehsal edirəm. Amma nəticədə pul qazana bilmirəm. Bütün pullarımı yanacaq, yağ, texnika aparır. Suvarma problemi isə bir başqa dərddir. Nəsə etmək lazımdır ki, kəndlinin canı bu bəladan qurtarsın”.

Əfrail Əsədov işlətdikləri texnikanın da köhnə olduğunu bildirir.

Başqa bir əkinçi, Salyanın Seyidlər kənd sakini Yusif Əliyev deyir ki, onların da ən böyük problemi susuzluq, keyfiyyətli toxumla bağlıdır. Son illər isə problemlərinə daha biri əlavə olunub - ziyanvericilər. Deyir kənddə əkinçilərin çoxu bu həşəratların əlində aciz qalıb, məhsulları zay olub gedir:

“Bu yaxınlarda nazir də bu haqda danışdı. Dedi ki, iqlimin dəyişməsi səbəbindən yaranıb problem. O kəndlilərə dərmanlardan istifadə etməyi məsləhət gördü. Amma bizim o qədər maddi gücümüz yoxdur ki, gedib dava-dərman alaq. İstəsələr gəlib bizim əkin sahələrini yoxlaya da bilərlər. Torpağı belləsən görərsən ki, altı böcəklərdir. Biz yoncanı oktyabr ayında əkirik. İyun ayında mövsümü gedəndə görürük ki, bütün məhsul məhv olub. Elə bil ki, məhsulun 40 faizi zay olub gedir”.

Əkinçilərin problemlərinə Kənd Təsərrüfatı Nazirliyindən münasibət öyrənə bilmədik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov iclas getdiyindən sonra əlaqə saxlamağımızı xahiş etsə də sonradan zənglərimizə cavab vermədi.

Amma prezident İlham Əliyev adətən hökumətin kənd təsərrüfatı sahəsində işlərini yüksək qiymətləndirdiyini deyir. O, lap bu yaxınlarda - Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına dair konfransda da bu barədə danışıb:

“Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Dövlət sahibkarlara çox böyük dəstək verir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi”.

Kəndlərdən gedənlər

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, hökumət illərdir kənd təsərrüfatında problemlərin həllinə vəsait ayrırır. Pullar xərclənir, amma problem həllini tapmır.

Vahid Məhərrəmov diqqəti özəlliklə, qarşıdan gələn yaz tarla işlərinə çəkir. Bildirir ki, ilk öncə fermerlər maarifləndirilməli, onlar keyfiyyətli toxum və gübrələrlə təmin olunmalıdılar. Su, yanacaq və digər problemləri də həllini tapmalıdır:

“Bundan başqa kəndilərinin texnikaya olan ehtiyacı indidən müəyyən edilməlidir ki, yazda əkin, səpin vaxtında aparıla bilsin. Bu çox vacibdir. Çünki əkin-səpin işləri optimal müddətdə aparılmasa, öz növbəsində istehsala təsir edəcək”.

AzadlıqRadiosu bu barədə sorğu keçirib:

Sizcə, Azərbaycanın hansı bölgəsində yaşayanların dolanışığı daha yaxşıdı?
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Biz bu verlişdə yaz mövsümündə əkinçi fermerlərin qayğılarından danışdıq. Hökumət əsas hədəflərindən biri kənd təsərrüfatının, əkinçiliyin inkişafı olduğunu bəyan etsə də, müstəqil eskpertlər işsizlik ucbatından kəndlərdən rayona axın olduğunu bildirirlər. Elə bizimlə bu verlişdə söhbətləşən fermerlər də deyirlər ki, bir çox həmkəndliləri əkib-biçmək üçün imkanlar olmadığından kəndi tərk etməli olublar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG