Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:53

Müxalifətin mitinqi jurnalistin başında çatladı


Fərahim İlqaroğlu
Fərahim İlqaroğlu

«APA-Holdinq»in əməkdaşı Fərahim İlqaroğlu işdən çıxarılıb.

F.İlqaroğlu bunu «Turan»a təsdiq edib.

O, işdən çıxarılmasına səbəb kimi Milli Şuranın 11 sentyabr aksiyası ilə bağlı mövqeyinin virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevin mövqeyi ilə üst-üstə düşməməsini göstərib.

Jurnalistin bildirməsinə görə, E.Fətullayev həmin mitinqlə bağlı aksiya başlamamışdan əvvəl çəkilən fotolardan birini (həmin fotoda 5-10 adam əks olunur) paylaşaraq, Milli Şuranın fiaskoya uğradığını iddia edib. F.İlqaroğlu isə onun statusunun şərh bölməsinə mitinq vaxtı çəkilmiş fotolardan birini qoyub. Bu fotoda isə mitinqin kütləviliyi əks olunur. F.İlqaroğlunun deməsinə görə, bundan sonra E.Fətullayev ona «Sən AXCP-də işləyirsən, yoxsa APA-da» deyə sual edib. F.İlqaroğlu isə bunun məsələyə dəxli olmadığını, jurnalist kimi peşə borcunu yerinə yetirdiyini diqqətə çatdırıb.

Jurnalistin iddiasına görə, bundan sonra yazışma Prezident Administrasiyasına (PA) göndərilib və o, «APA-Holdinq»dən uzaqlaşdırılıb: «Mənə deyilib ki, guya işdən azad olunmağım barədə tapşırıq PA-dan gəlib». Amma F.İlqaroğlu onda administrasiyadan belə tapşırığın gəlmədiyi haqda informasiya olduğunu qeyd edir.

Buna da bax-'Referendum ləğv edilsin': Milli Şuranın mitinqi [Video, Foto]

Jurnalist işdən çıxarılması ilə bağlı Facebook səhifəsində isə yazıb: «Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı».

Virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayev də «Turan»a Fərahim İlqaroğlu ilə sosial şəbəkədə diskusiya apardığını bildirib. Ancaq o qeyd edib ki, jurnalistdən Prezident Administrasiyasına şikayət etməyib: «Fərahim İlqaroğlu ilə diskussiyam sosial şəbəkədə açıq gedib. O, mənim səhifəmə daxil olaraq şərh yazıb, müxalifəti dəstəkləyib. Mən də soruşmuşam ki, sən hökumətin yanında olan bir qurumun əməkdaşısan. Mənəvi cəhətdən nə qədər haqlısan ki, hökumətə yaxın qurumdan maaş alasan, başqa bir qüvvəni dəstəkləyəsən. Bu şəxsi yazışma olmayıb ki, mən onu harasa göndərim, sosial şəbəkədə açıq yazışma, diskussiya gedib. İşdən çıxarılmasına gəlincə, mən APA-nın rəhbərliyində deyiləm, ya təmasım yoxdur. Görünür, APA rəhbərliyi bu diskussiyanı izləyərək məlum qərara gəlib. Amma mənim tərəfimdən hər hansı təşəbbüs olmayıb».

Məsələyə, hələlik, «APA-Holdinq»dən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG