Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 18:55

Prokurorluq baş redaktora xəbərdarlıq etdi


Əyyub Kərimov
Əyyub Kərimov

►Baş redaktor: “ İndi mən nə etməliyəm, kimsə sayt yaradıb deyə, 24 il əvvəl qurduğum qəzetin, medianın adından imtinamı etməliyəm?”

Baş Prokurorluq “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimova rəsmi xəbərdarlıq edib.

Xəbərdarlıq qəzetin “Femida.az” internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə əsaslandırılıb.

Bu haqda Azadlıq Radiosuna “Femida-007” qəzetinin baş redaktoru, hüquqşunas Əyyub Kərimov bilgi verib.

Onun deməsinə görə “Femida.az” saytının rəhbəri Vüsal Məmmədov (Lider telekanalının keçmiş əməkdaşı) “Femida-007” qəzetinin onun internet saytının adından və elektron poçt ünvanından qanunsuz istifadə etməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. V.Məmmədov müraciətində bununla bağlı tədbirlər görülməsini istəyib.

Aprelin 14-də baş prokurorluğa dəvət olunan hüquqşunasa “Kütləvi informasiya vasitələri haqqında” qanunun 28-ci maddəsinin (adlardan istifadə) tələblərini pozduğu bildirilib. Baş redaktora buna görə, rəsmi xəbərdarlıq olunub. Prokurorluqda Ə.Kərimova “Femida.az” internet saytının adından və elektron poçt ünvanından istifadə edilməsi davam edəcəyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyini bildiriblər.

Ə.Kərimov belə bir mübahisəni, ona xəbərdarlıq edilməsini təəccüblə qarşıladığını ifadə edib:

“Mən “Femida” qəzetini 24 il əvvəl qurmuşam, qeydiyyata aldırmışam. Azərbaycanda internet olandan femida sözü işlənən elektron ünvanım olub. Indi də var. Google-də axtarış verdikdə bununla bağlı 10-15 ilin məlumatları çıxır. Bunu hər kəs bilir. Sonralar qəzetin fəaliyyəti məhkəmə tərəfindən heç bir hüquqi əsas olmadan dayandırıldığına görə, “Femida-007” qəzetini nəşr etməyə başlamışam. 2002-ci ildə isə Femida.az domenində sayt yaratmışam. Bir müddət sonra sayt fəaliyyətini dayandırıb, amma qəzetdə davamlı olaraq saytın ünvanı və femida sözü ifadə olunan elektron poçt ünvanım da qeyd olunub. İndi mən nə etməliyəm? Kimsə sayt yaradıb deyə, 24 il əvvəl qurduğum qəzetin, medianın adından imtinamı etməliyəm?” - deyə sual edən Ə.Kərimov ona xəbərdarlıq edilməsinin əsas səbəbinin davamlı olaraq hüquq sahəsindəki problemləri qabartması, tənqid etməsi olduğunu bildirib.

___________________________________________________________

Bunlara da bax:
Astara qəbiristanlığında başdaşılar sındırılıb
Azərbaycan ABŞ insan haqları hesabatında tənqid edilir

___________________________________________________________

Baş redaktor xəbərdarlıqla bağlı hüquqi araşdırma aparacağını, hüquqlarını sonadək müdafiə edəcəyini vurğulayıb.

Ə.Kərimov həmçinin, baş prokurorluğa müraciət edən V.Məmmədovun onun haqqında böhtan, təhqir məzmunlu məqalələr yazdığını bildirərək bununla bağlı xüsusi ittiham qaydasında məhkəmə davası açacağını da qeyd edib.

“Femida.az” saytı 2012-ci ildə parlamentin komitə sədri Əli Hüseynlinin rəhbəri olduğu Azərbaycan Hüquqşünasları Konfederasiyasının Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasi və Konstitusiya Araşdırmalar Fondu ilə birgə, USAİD-in dəstəyi ilə həyata keçirilən “Azərbaycan Hüquqlar Konsorsiumu” Layihəsi çərçivəsində yaradılmışdı.

Buna da bax: İlham Əliyev niyə xalqla görüşmür?

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

12 yaşlı məktəblinin Putinə çətin sualı
Azərbaycanı Kuba, Venesuela kimi sərt tənqid edirlər

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"ABŞ Azərbaycana iki yol təklif edir"
Putin Qarabağdakı qanlı toqquşmadan danışdı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG