Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:19

ABŞ fələstinlilərə yardımından 65 milyon dollar kəsir


Donald Trump iki həftə əvvəl yazdığı tvitdə fələstinlilərə yardımın kəsiləcəyi ilə hədələmişdi
Donald Trump iki həftə əvvəl yazdığı tvitdə fələstinlilərə yardımın kəsiləcəyi ilə hədələmişdi

Birləşmiş Ştatlar fələstinlilərə yardım göstərən BMT agentliyinə 60 milyon dollar məbləğində vəsaiti verəcək, lakin hələlik daha 65 milyon dolların verilməsini dayandıracaq.

Reuters agentliyi yazır ki, belə görünür, Trump administrasiyası iki həftə bundan əvvəl yardımın kəsiləcəyinə dair səsləndirdiyi hədəni həyata keçirir.

Trump administrasiyası prezidentin belə bir rəyini səsləndirib ki, başqa ölkələr də yardımda fəal iştirak etməlidirlər və ABŞ indiyədək üzərinə düşəndən daha artıq pul ödəyib. Bununla belə rəsmilər bildirirlər ki, yardım məbləğinin kəsilməsi Fələstin məktəblərinin və səhiyyəsinin vəziyyətini təsirləndirməyəcək.

Reuters yazır ki, fələstinlilərə çatacaq yardımdan kəsilməsi İsrail-Fələstin danışıqlarının canlandırılmasını qəlizləşdirəcək.

Trump ötən ay Yerusəlimi İsrail dövlətinin paytaxtı kimi tanıyan qərraını elan etdikdən sonra bir çox ərəb rəsmilər Birləşmiş Ştatların Yaxın Şərq vasitəçisi kimi etimaddan düşdüyünü bildiriblər.

BMT-nin baş katibi Antonio Guterres bu dəyişikliyin onun üçün gözlənilmıəz olduğunu bildirib, lakin əlavə edib ki, yardımın azaldılması “ciddi narahatlıq” yaradacaq.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi bildirib ki, bu yardımı almalı olan BMT Fələstin Qaçqınlarının İxlası Agentliyi “fundamental şəkildə” təftiş edilməli, onun “necə fəaliyyət göstərdiyi və maliyyələşdirildiyi” öyrənilməlidir.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, “biz bu sahədə islahatların həyata keçirilməsini istəyirik”.

Birləşmiş Ştatlar sözü gedən agentliyin ən böyük donorudur və yardımın 30 faizini ödəyir.

Prezident Donald Trump iki həftə bundan əvvəl yazdığı tvitdə “Birləşmiş Ştatların fələstinlilərə ildə yüz milyonlarla dollar ödəməsindən, əvəzində onlardan hörmət görməməsindən” gileylənmişdi.

Yanvarın 14-də Fələstin hakimiyyətinin prezidenti Mahmud Abbas demişdi ki, Trump Yerusəlimi İsrailin paytaxtı kimi tanıyandan sonra o, Birləşmiş Ştatların heç bir sülh planını qəbul etməyəcək.

Abbas həm də bəyan etmişdi ki, 1994-cü ildə fələstinlilərlə İsrail arasında imzalanmış Oslo sazişi “bitir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG