Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:22

Bakıda fəhlələr etiraz etdi - Binanın damına çıxdılar


Binanın üstündə aksiya edən işçilər (Foto: Qafqazinfo)
Binanın üstündə aksiya edən işçilər (Foto: Qafqazinfo)

Heydər Əliyev prospektində yeni tikilən sağlamlıq mərkəzinin fəhlələri dekabrın 21-i etiraz aksiyası keçiriblər.

​Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından biri Səbuhi Bəşirov məlumat verib. O deyib ki, aylardır maşlarını ala bilmədiklərindən tikdikləri binanın üstünə çıxmaqla etirazlarını bildiriblər:

««Xəzər inşaat» MMC-də çalışırıq. Mən 6 aydır maaşımı ala bilmirəm. Elə fəhlə var ki, 8 aydır maaşını ala bilmir. 100-dən çox fəhləyik, hara şikayət edəcəyimizi bilmirik. Mən kirayədə yaşayıram, vəziyyətim ağırdır. 5 aydır qaldığım evin kirayə haqqını verə bilmirəm. Evdə nə işıq var, nə qaz. Şam yandırıram. XXI əsrdə şam yandırarlar? Özüm rayondanam. Maaşımı ala bilmədiyimdən 5 aydır rayona gedə bilmirəm. 3 uşağım var, onlara həsrət qalmışam».

Səbuhi Bəşirov qeyd edib ki, məsələ ilə bağlı prezidentə müraciət ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar. Ancaq şikayətləri müsbət həll olunmur:

«Şirkətdən deyiblər ki, biz də dövlətdən pul gözləyirik, alan kimi sizin də pulunuzu verəcəyik. Binanın üstünə çıxıb, diqqət çəkmək istəyirdik. Polislər, şirkətin təmsilçiləri gəldilər. Bizə dedilər ki, saat 1-ə kimi pulunuzu alacaqsınız. İndi saat 2-dən keçib, cəmi 30 min pul gətiriblər».

Səbuhi Bəşirov deyib ki, həmin pulu 100-ə yaxın fəhlə arasında bölsələr hərəyə 300 manat pul düşür: «Bu pul bizim haramıza çatar? İndi də deyirlər ki, ayın axırına kimi pulunuzu alacaqsınız. Biz çox pis gündəyik».

Bu deyilənlərə, hələlik, «Xəzər inşaat» MMC-dən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG