Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:24

Fədayə Laçına 5 il həbs cəzası verildi


Fədayə Laçın
Fədayə Laçın

2017-ci il oktyabrın 22-də Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya istintaq təcridxanasına qaytarılarkən qatardan iki dustağın qaçmasına görə aylardır gedən məhkəmə prosesi yekunlaşdı. Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu hadisəyə görə hakim qarşısına çıxarılanlara hökm oxunub.

“Qoca” ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə cinayət məsuliyyətinə cəlb olunan 12 nəfərə ümumilikdə 90 il həbs cəzası verilib. Ən az cəza müğənni Fədayə Məmmədovaya (Laçın) verilib – 5 il. Digər təqsirləndirilənlərdən Penitensiar Xidmətin konvoy taborunun rəisi olmuş polkovnik Bəhruz Abdullayev, dustaqların getdiyi qatarda qarovul rəisi Ceyhun Səmədov və “Qoca”nın dostu, qatarın pəncərəsini açmaq üçün Fədayə Laçından xüsusi açarı alıb ona çatdırmış Aqil Nəcəfovun hər biri 9 il azadlıqdan məhrum edilib. Qatarda qarovul rəisinin müavinləri olmuş Fuad Hacıyev və Tural Poladxanovun hər birinə 8 il 6 ay həbs verilib. Digər təqsirləndirilən şəxslərdən İsrəfil Soltanov, Məhəmməd Hacıyev, Tərlan Zeynalov, Şahmar Bəyəlizadə və Anar Əsgərovun hərəsi 7 il, bu cinayət işində F.Laçınla yanaşı, həbs olunan digər qadın Günay Atakişiyeva isə 6 il azadlıqdan məhrum edilib.

“Qoca” qaçdıqdan sonra bir gün Sumqayıtda G.Atakişiyevanın kirayə yaşadığı evdə qalıb, ertəsi gün onunla birlikdə Qazaxa gedib ki, oradan Gürcüstana keçsin. Ağstafa rayonu ərazisində onların olduğu taksi saxlanılıb, E.Məmmədov qaçıb. Taksi sürücüsü Məhəmməd Hacıyev və G.Atakişiyeva isə saxlanılıb.

Adları çəkilən şəxslərlə birlikdə qaçan dustaqlardan Əli Ağami də mühakimə olunurdu. Həmin hadisədən sonra o, qətl törətməkdə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsi onun əvvəlki cəzasını da birləşdirməklə, üzərində qəti olaraq, 20 il həbs saxlayıb.

Xatırlatma

Dustaqlar Ə.Ağami və E.Məmmədov ötən il oktyabrın 22-dən 23-nə keçən gecə Biləcəri stansiyasında vaqonun pəncərəsini xüsusi açarla açıb qaçıblar.

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Polkovnik B.Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.
İş üzrə daha bir nəfər axtarışdadır.

29 yaşlı Ə.Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. E.Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində öldürülüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG