Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:50

Ekspert: 'Mərkəzi Bank bütün ssenarilərə hazır olmalıdır'


Mərkəzi Bank
Mərkəzi Bank

ABŞ Mərkəzi Bankı – Federal Ehtiyatlar Sisteminin (ingiliscə qısaltması FED) dekabrın 13-də başlanan yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir. ABŞ birjaları artıq FED-in toplantısına reaksiya verməkdədir: indekslər yeni artım rekordunu təzələyiblər. Yığıncaqda uçot dərəcəsinin 0.25 faiz artırılacağı gözlənilsə də, hələlik, müşahidəçilər proqnoz verməkdə maraqlı görünmürlər.

DOLLARA TƏLƏB ARTA BİLƏR

İqtisadçı-ekspert Vüqar Bayramov Facebook səhifəsində yazır ki, FED-də qərarların asan müzakirə olunmadığını nəzərə alsaq, sadəcə, hansı qərarın veriləcəyini gözləmək lazımdır: «Bu baxımdan, nəticəni proqnozlaşdırmaq, praktik olaraq, mümkün deyil».

Buna da bax-'Yol xəritəsi': 'Vəziyyətdən çıxmaq üçün 27 milyard lazımdır'

Əgər FED uçot dərəcəsini artırarsa, bu, qlobal və eləcə də Azərbaycan bazarına necə təsir göstərəcək?

Ekspert yazır ki, qlobal valyuta bazarı son bir ayda FED-in potensial qərarına hazır olmağa çalışdı desək, yanılmarıq: «Son həftələr ABŞ dollarının möhkəmlənməsi də bu psixoloji təsirlərlə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. Aydındır ki, uçot dərəcəsinin artırılacağı halda, manata psixoloji təsir yüksələcək. Bu, həmçinin daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda, söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG