Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Dünyanın gözü ABŞ-da


ABŞ Mərkəzi Bankının rəhbəri Janet Yellen
ABŞ Mərkəzi Bankının rəhbəri Janet Yellen

►Qlobal bazarlar, ABŞ Mərkəzi Bankının (FED) Açıq Bazar Komitəsinin iclasından çıxacaq qərarı gözləyir.

Martın 15-də başlanan iclas bu axşam başa çatacaq

FED-in Açıq Bazar Komitəsinin (FOMC) iclasının qərarı martın 16-da Bakı vaxtı ilə saat 22.00-da açıqlanmalıdır.

Bazarlarda, FED-in faiz dərəcəsində hər hansı bir dəyişiklik edəcəyi gözlənilmir. Amma iclasdan sonra yayılacaq bəyanatda veriləcək mesajların bazarların istiqaməti baxımından həlledici olacağı proqnozlaşdırılır.

Marja xatırladır ki, FED ötən ilin dekabrında faizləri 0.25-0,50 faiz aralığında müəyyən edib. Yanvar toplantısında isə qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlikləri əsas götürərək faizə toxunulmayıb.

FED-in bu gün (martın 16-sı) verəcəyi bəyanatların dolların məzənnəsinə müsbət təsir edəcəyi gözlənilir.

ABŞ-da artmayan inflyasiya, qlobal iqtisadiyyata dair qayğılar, Çin iqtisadiyyatının ləngiməsi FED-in faiz qərarını bu dəfə də təxirə salmasına səbəb ola bilər. İclasdan sonra FED-in faiz artırmağın təxirə salındığını, ancaq bu təxirəsalmanın uzunmüddətli olmadığını bildirəcəyi gözlənilir.

Ekspertlər ABŞ Mərkəzi Bankının faiz artırmamaq üçün çox səbəbinin olmadığı barədə həmfikirdir. Ancaq yenə də bu həftə faiz artırımı olmayacağı güman edilir.

Marketwatch xəbər verir ki, ABŞ Mərkəzi Bankının faiz artırmağa fasilə vermək üçün çox əsası olmasa da, bir həmlə gözlənilmir.

Bank of America Merrill Lynch-ın qlobal iqtisadçısı olan Ethan Harrissə deyib: "FED maraqlı bir şey etməyəcək. Çünki ilin ilk 7 həftəsində bazarda baş verən qarışıqlıqdan irəli gələn "toz dumanı" hələ ki, səngimiş deyil”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Deutsche Bank-ın iqtisadçısı Cozef Lavorgna isə (Joseph Lavorgna) bildirib ki, yeni proqnozlar bu il üçün 3 faiz artıma işarə vurur. Dekabrda, bu il 4 faiz artırmaq nəzərdə tutulurdu.

Regions Financial Corp.-un iqtisadçısı Richard Moody kimi bəzi ekspertlərsə gözləyir ki, FED aprelin sonuna planlanan toplantısında faiz artımına gedəcək.

Ancaq bir çox çox iqtisadçı iyuna qədər faiz artımı olmayacağı məsələsində həmfikirdir.

Mərkəzi Bankın faiz dərəcələrini artırması o deməkdir ki, o, digər banklara kreditləri daha yüksək faizlə verəcək, həmin banklar isə öz növbəsində əhaliyə və şirkətlərə kreditləri daha yüksək faizlə verəcək. Belə olduqda ucuz kredit dövrü bitir, kreditlər daha az götürülür və kreditlər şəklində dollar dövriyyəyə daha az buraxıldığı üçün müəyyən dərəcədə dollar qıtlığı yaranır, onun məzənnəsi qalxır. Dolların məzənnəsinin qalxması isə, dollar dünya valyutası olduğu üçün, bir çox başqa ölkələrin valyutalarının dəyərdən düşməsinə gətirib çıxarır.

Buna da bax:

Parlamentdə yadda qalan çıxışlar...
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG