Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:17

Manat FED-in qərarına dirəniş göstərir


Dollar
Dollar

Martın 16-sı Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7202 səviyyəsində formalaşıb. AMB-nin bu gün, martın 16-na olan rəsmi məzənnəsinə görə, bir dollar 1.7282 manata bərabər olmuşdu. Beləliklə, bu hərracda manat dollara nisbətən 0.46 faiz bahalaşıb.

Buna da bax-Banklar niyə dollar almağa manat tapmır?

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) martın 15-də başa çatan iclasında uçot dərəcəsi 0.50-0.75 aralığından 0.75-1 faizə qaldırılıb. Bu il daha 2 dəfə uçot dərəcəsinin artırılacağı gözlənilir. Ekspertlər hesab edir ki, dolayı da olsa, bu, manatın dollar qarşısında dəyər itirməsinə səbəb olacaq. Onlara görə, manatın indi dəyər qazanması inzibati yolla baş verir.

Azərbaycanda son hərraclarda manat dollara nisbətən dəyər qazanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG