Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:51

FED: 'Bu il 3 dəfə faiz artırmaq məntiqlidir'


Dollar
Dollar

ABŞ Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi (FED) Çikaqo şöbəsinin sədri Charles Evans deyib ki, bu il üç dəfə faiz artırmaq məntiqlidir.

Ch.Evans Çikaqoda mediaya verdiyi açıqlamada vurğulayıb ki, hələ bəzi məsələlər tam aydın deyil və indi geniş danışmaq çox tezdir.

ABŞ iqtisadiyyatının tam məşğulluğa yaxın olduğunu qeyd edən Ch.Evans deyib ki, işsizliyin nisbətinin aşağı düşəcəyini düşünür. «İnflyasiyanın bir az aşağı olduğu barədə hələ də narahatam. Ancaq doğru istiqamətdə hərəkət edir»,- deyə əlavə edib.

Ch.Evans 2017-ci ildə Federal Açıq Bazar Komitəsi (FOMC) yığıncaqlarında səs vermək hüququna malik olacaq.

Buna da bax-Ekspert: 'Sxem sadədir - əhali dolları satır, yığılan dollar...'

FED fevralın 1-də keçirilən son iclasında uçot dərəcəsini dəyişmədi. Uçot dərəcəsini 0.5-0.75 səviyyəsində saxladı. Bu ilin yanvarında FED rəhbəri Janet Yellen bildirmişdi ki, 2019-cu ilin sonunadək uçot dərəcəsini bir neçə dəfə artırmaq planlaşdırılır. Uçot dərəcəsinin artırılmasının dəqiq vaxtı və templəri barədə məlumat verməyən J.Yellen qeyd etmişdi ki, bu, ABŞ iqtisadiyyatının gələcək göstəricilərindən asılı olacaq.

«FED uçot dərəcəsini mərhələli şəkildə artırmağı planlaşdırır. Hazırda uçot dərəcəsi 0.5-0.75 faiz səviyyəsindədir. 2019-cu ilədək uçot dərəcəsinin 3 faizədək artırılması planlaşdırılır. Bununla belə, biz ABŞ-da iqtisadi artımın kifayət qədər güclü olduğuna əmin olmalıyıq», - deyə J.Yellen bildirmişdi.

Son dəfə, ötən il dekabrın 14-də FED uçot dərəcəsini artırmışdı. Bundan əvvəl, 2015-ci il dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0.25 faiz artırılması barədə qərar qəbul etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG