Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:20

Fәal: 'Әvvәl dedilәr ki, 'sutkalığa' gedirsәn, sonra ...'


arxiv foto

İctimai fәal Rüstәm İsmayılbәyli deyir ki, dünən, mayın 18-də Xәtai Rayon 35-ci Polis Bölmәsinә çağırılıb.

O, AzadlıqRadiosuna bildirib ki, onu qohumları ilə hәdәlәyәrәk bölmәyә gәtizdiriblәr:

“Axşamçağı mәlumat aldım ki, qeydiyyatda olduğum ünvanda yaşayan qohumlarımı 35-ci Polis Bölmәsinә aparıb, bildiriblәr ki, Rüstәm gәlmәsә sizi buraxan deyilik. Mәn dә bölmәyә getdim”.

Fәal vurğulayıb ki, onun polisә çağırılmasının sәbәbi sosial şәbәkәdә yazdığı statuslardır:

“Bölmәdә qabağıma statuslarımın “skrinlәrini” qoyub “niyә hәr şeyi yazırsan, dövlәtdәn niyә narazısan” soruşdular. Hәmçinin, tәlәbәlәrlә mayın 19-na planlaşdırdığımız “Nә etmәli?” adlı toplantı haqqında soruşdular”.

R. İsmayılbәyli qeyd edib ki, 2 saatlıq söhbәtdәn sonra onu sәrbәst buraxıblar. “Әvvәl dedilәr ki “sutkalığa” gedirsәn. Sonra isә telefonumu әlimdәn alıb statuslarımı silib buraxdılar”, - deyә fәal bildirib.

R. İsmayılbəylinin bu dediklərinə, hələlik, Xәtai Rayon 35-ci Polis Bölmәsi vә Daxili İşlәr Nazirliyindәn münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq vurğulayırlar ki, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur, heç kim siyasi baxış və tənqidlərinə görə, təzyiqlərə məruz qalmır.

Öz növbəsində, Xətai Rayon 35-ci Polis Bölməsindən “ Turan” agentliyinə bildiriblər ki, nə Rüstən İsmayılbəyli, nə də qohumları polis bölməsində olub.

Azərbaycan rəsmiləri bir qayda olaraq vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar qorunur, heç kim siyasi baxış və tənqidlərinə görə, təzyiqlərə məruz qalmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG