Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:15

Azərbaycan iqtisadiyyatının ən böyük bəlası... [video]


Nazir dəyişdi, bəs, vergi qaydalarında nə dəyişsin?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Nazir dəyişdi, bəs vergi qaydalarında nə dəyişsin? [A-Live]

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayev cərimənin ləğvi ilə bağlı Vergilər Nazirliyini məhkəməyə verib. Amma 3 ildir məhkəmə işi araşdırmır.

“Vergilər Nazirliyi vəsatət qaldırdı ki, istintaq getdiyi üçün işə baxılması icraatı dayandırılsın, ta ki istintaq bitənə qədər. Mən qanunda nəzərdə tutulduğu müddətdə şikayət verdiyim üçün Vergilər Nazirliyinin qərarı qüvvəyə minməyib. Amma buna baxmayaraq, ötən müddətdə hər ay mənə cərimənin faizləri hesablanıb. İndi borc 8 min manatı ötüb. Vergilər nazirliyindən bu qərarını məhkəmədə sübut etməyə çağırıram, amma nazirlik də buna imkan vermir”.

Buna da bax: Mikayıl Cabbarov vergilər naziri oldu [reaksiyalar]

Vergi borcunu ödəmədiyi üçün Vergilər Nazirliyinin təqdimatı əsasında Əsabəli Mustafayevin ölkədən çıxışına qadağa da qoyulub.

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Əsabəli Mustafayev deyir ki, o vəkildir və hüquqlarını bilir deyə, vergilər nazirliyi ilə məhkəmə qaydasında çəkişə bilir. Amma onun sözlərinə görə, bir çox sadə vətəndaş qanunsuz cərimələnsə də haqlarını qoruya bilmir.

Buna da bax: Ekspert: 'Fazil Məmmədov milyarder nazirlərdən biri idi, görünür...' [video]

Prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib, onun yerinə isə təhsil naziri Mikayıl Cabbarov təyin olunub.

Millət vəkili Tahir Kərimli “Trend” agentliyinə müsahibəsində Mikayıl Cabbarov bu sahədə ciddi işlər görəcəyinə əminliyini vurğulayıb:

Tahir Kərimli
Tahir Kərimli

Buna da bax: ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

"Azərbaycanın təhsil sahəsində çox axsamalar var idi. Mikayıl Cabbarov təhsil naziri təyin ediləndən bu axsamaların müəyyən hissəsini aradan qaldırıb. O, iqtisadi sahədə təcrübəsi olan və xarici vergi sistemini bilən şəxsdir. Güman edirəm ki, Mikayıl Cabbarovun səyi nəticəsində vergi sistemində şəffaflıq artacaq, sahibkarlar sahələrə daha böyük investisiya qoyub inkişaf etdirəcək. Bu kadr islahatı müəyyən struktur islahatlarına da səbəb olacaq və Azərbaycanda vergi siyasətində yaxşı nəticələr əldə ediləcək".

Vergilər Nazirliyinin adı son illər həm də qanunsuz yoxlamalarda, büdcəni doldurmaq üçün işadamlarının soyulmasında hallanıb. Bundan başqa, nazirlik müstəqil media orqanlarına qarşı vergi iddiaları ilə çıxış edib.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

"Turan" agentliyi ilə bağlı qərarının az qala eyni gündə bir neçə dəfə dəyişməli oldu. AzadlıqRadiosu-na qarşı açılan iş illərdir axıra çatdırıla bilmir.

Baş Prokurorluq QHT-lərə qarşı cinayət işini 2014-cu ilin aprelində Ədliyyə Nazirliyinin təqdimatı əsasında açıb. Cinayət işi 31 təşkilat və fiziki şəxsi əhatə edir. Onların bank hesablarına həbs qoyulmuş, maliyyə və digər sənədləri götürülmüşdü. Adı cinayət işində keçənlərin bəziləri Azərbaycanı tərk etməli oldu. Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Xədicə Ismayıl və digərləri həbs edilib sonra buraxıldı.

Buna da bax: Vitse-prezidentlik genişlənir... [video]

Yerli və beynəlxalq insan haqları təşkilatları 2014-cü ili Azərbaycanda vətəndaş cəmiyyətinə basqılar, onların işinin iflic hala salınması ili kimi qiymətləndirir.

Bu hadisələrə görə 2015-ci ilin aprelində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycanın statusunu tamhüquqlu üzvlükdən müvəqqəti üzvlüyə endirmiş vəziyyəti düzəltmək üçün Azərbaycan hökumətinə vaxt vermişdi. Növbəti iclasında isə vəziyyəti düzəltmədiyindən idarə heyəti şurada Azərbaycanın fəaliyyətini dayandırmaq qərarı verdi. Azərbaycan isə cavabında prosesdən tamamilə çıxdığını elan etdi. Bu həm də təşkilat ilə əməkdaşlıqdan və üzvlüyün bərpasından da imtina etmək deməkdir. Adı cinayət içində keçənlərin bəzilərinin məhkəmə çəkişməsi hələ də davam edir. Bəzi, hesablara qoyulan həbs hələ də qalır.

Buna da bax: Hikmət Hacızadə: 'Yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək...'

Vergilər nazirinin dəyişməsi ilə Vergilər Nazirliyinin işində nəsə dəyişəcəkmi?

İqtisadçı ekspert, sahibkar Nazim Bəydəmirli düşünür ki, ilk islahat idxal və digər sahələrdə vergilərin azaldılması olmalıdır:

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

“Məsələn, Azərbaycanda sosial ödənişlərlə birgə əməkhaqqından 39 faiz vergi tutulur. Bu olduqca çoxdur. Ona görə də bəzi işadamları ikili mühasibatlığa, “paket maaş” kimi üsullara əl almağa məcbur olurlar. Bu da Azərbaycan iqtisadiyyatının ən böyük bəlasıdır”.

Nazim Bəydəmirli hesab edir ki, Azərbaycan islahatlara getməli və Gürcüstanın təcrübəsini tətbiq edib əməkhaqlarından vergi ödəmələrini 20 faizə endirməlidir.

Buna da bax: “Panama Papers”: Prezident övladlarının London mülkləri

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, Sizcə, yeni nazir Mikayıl Cabbarov Vergilər Nazirliyinin işində nəyi dəyişməlidir?

Sizcə, yeni nazir vergilərdə nəyi dəyişməlidir?
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

2016-cı ilin dekabrında bir günün içində vergilər məcəlləsinə 200-dən çox dəyişiklik edildi. Bundan başqa prezident İlham Əliyev 2015-ci ilin oktyabrında sahibkarlıq sahəsində yoxlamalar dayandırılması haqda sərəncam vermişdi. Amma bütün bu addımlar vergilər nazirliyinə qarşı şikayətlərin ardı-arasını kəsə bilməmişdi.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

20 ilə yaxın vergilər naziri olan Fazil Məmmədovun işdən kənarlaşdırılmasının gerçək mahiyyəti barədə hələlik rəsmilər bir məlumat verməyiblər. Qısa rəsmi xəbər odur ki, nazir səhhətində problemlər olduğunu deyib. Amma bu dəyişikliyi təhlilçilər hansısa ciddi vergi islahatı zərurətindən çox hakimiyyət daxilində qüvvələr arasında mübarizə nəticəsi kimi izah etməyə meylidirlər.

Buna da bax:

Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG