Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:14

Ekspert: 'Fazil Məmmədov milyarder nazirlərdən biri idi, görünür...' [video]


Prezident 2 naziri dəyişdirdi - Bəs, siz hansı naziri dəyişdirərdiz?
Gözlə

No media source currently available

0:00 0:14:43 0:00

Prezident 2 naziri dəyişdirdi - bəs siz hansı naziri dəyişdirərdiniz? [A-Live]

18 ilə yaxındır vergilər naziri postunu tutan Fazil Məmmədov dünən – dekabrın 5-də tutduğu vəzifədən azad olundu. Yerli media Fazil Məmmədovun bir neçə ay öncə vəzifədən azad olunacağını yazırdı. Gözlənilməz olan onun yerinə təhsil naziri Mikayıl Cabbarovun təyin edilməsi oldu.

Bu sürpriz qərarı ekspertlər müxtəlif səbəblərlə izah edirlər. İlkin olaraq bir neçə tanınmış təhlilçinin sosial mediada şərh şərhinə qısa nəzər salaq:

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu:

Buna da bax: Hikmət Hacızadə: 'Yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək...'

“Böyük ehtimalla yeni təhsil naziri birinci vitse-prezidentin təqdimatı ilə təyin ediləcək və xanım olacaq. Yeni nazir gələn il üçün təsdiq edilmiş 2 milyard manatdan çox təhsil büdcəsini idarə edə bilməlidir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Vergilər nazirinə gəlincə, bu təyinatı baş nazirliyə gedən yolda sonuncu mərhələ kimi də dəyərləndirmək olar”.

İqtisadçı Rövşən Ağayev:

Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

“Arabir kimsə nazir kürsüsündən alınacaq, kimlərsə gətiriləcək. Ölkədə heç bir ciddi institusional dəyişiklər olmayacaq. Amma türklər demiş, "havuz mediası" bu kadr yerdəyişmələrinin islahat olması fikrini ictimai rəyə təlqin eləmək üçün qabıq qoyacaq".

Millət vəkili Vahid Əhmədov: "Mikayıl Cabbarov təhsildə islahatlara start vermişdi. Bir vaxtlar o, İqtisadiyyat nazirliyində yüksək vəzifədə çalışıb. Vergilər naziri vəzifəsinə gələn şəxs birinci növbədə islahatlara getməlidir. Bu nazirlik strateji əhəmiyyətli olduğundan prezident kadr dəyişikliyi edəndə bunların hamısını götür-qoy edib".

Buna da bax: ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

Real Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, Azərbaycanda problem vəzifədə kimin olub, olmamasında deyil. Sistem "öz oyun qaydaları" ilə idarə olunur.

Natiq Cəfərli düşünür ki, Fazil Məmmədovun vəzifəsindən uzaqlaşdırılması elə oyun qaydalarını pozmasına görədir:

Buna da bax:​ Vəkil: ''Turan'ın işini oyun-oyuncağa döndəriblər'

Natiq Cəfərli
Natiq Cəfərli

“Fazil müəllim “Turan”a görə cəza almalı idi, hər iki tərəfin sözünə baxmaq olmaz, bu barədə sistemdaxili "oyun qaydaları" çox sərtdir: Bir tərəf deyirdi hesabları bağla - bağlayırdı, o biri tərəf deyirdi aç - açırdı, bunun cəzası olmalı idi”.

“Turan” informasiya agentliyinə qarşı bu ilin sentyabrında cinayət işi açılmış, bank hesabı dondurulmuşdu. Sonradan vergilər nazirliyi agentliyə göndərdiyi məktubda bu qərarın ləğv edildiyini, başqa bir məktubu ilə qüvvədə olduğunu yazırdı.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Siyasi şərhçi Azər Rəşidoğlu düşünür ki, Fazil Məmmədovun işdən uzaqlaşdırılması hakimiyyətdaxili savaşın növbəti mərhələsinin başlandığını göstərir. Onun fikrincə, bu vəzifəyə Mikayıl Cabbarovun gətirilməsi bu savaşda hələlik birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyindəki Paşayevlərin qalib olduğuna işarədir.

Politoloq Ərəstun Oruclu da hesab edir ki, Azərbaycanda nazirlər hansısa islahatları aparmaq üçün təyin edilmir. Bu klanlararası davadır.

Buna da bax: Britaniyalı deputat: ''Azərbaycanın pulyuyan maşını' göstərdi ki...'

Amma Ərəstun Oruclu son hadisələri təhlil edərək, hesab edir ki, nazir postundakı yer dəyişikliyi bu savaşda Paşayevlərin yox, prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qrupunun qalibiyyətidir:

Ərəstun Oruclu
Ərəstun Oruclu

“Fazil Məmmədov bir başa Mehriban Əliyevanın komandasında təmsil olunur. Bu qərarla Paşayevlər bir qədər də zəiflədildi. Düzdür, Mikayıl Cabbarov da bu qruplaşmaya daxildir. Amma Fazil Məmmədov uzun illərin naziri idi və bu sistemi çox gözəl nəzarətə götürmüşdü. Görünür, o da missiyasını başa vurdu və onu kənarlaşdırmaq lazım gəldi. Mikayıl Cabbarov isə bu postda ən azı bir müddət şəkil kimi oturacaq. Fazil Məmmədov isə milyarder nazirlərdən biridir. Görünür, onun sərvətinin də bir hissəsini alacaqlar. Bilirsiz, pul olmayanda başlayırlar bir-birlərini didişdirməyə”.

Buna da bax: “Panama Papers”: Prezident övladlarının London mülkləri

Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu 2016-cı ildə yaydığı “Panama sənədləri” üzrə araşdırmalarda Azərbaycanla bağlı hissəsində Fazil Məmmədovun Mehriban Əliyeva ilə ofşorda fond yaratdığını iddia edən sənədlər üzə çıxmışdı. Yayılan sənədlərdə qeyd edildiyinə görə yaradılan Fonda “Ata Holding”dən əldə olunan gəlir toplanmalı imiş. Həm bu fond, həm də “Ata Holding”in ilk təsis sənədlərində Fazil Məmmədovun da ailə üzvlərinin adı keçir. Amma sonradan hər iki şirkətdə sahiblik prezidentin ailə üzvlərinə keçib.

Buna da bax: Panama Sənədləri ilə ölkələr silkələndi - nələr dəyişdi? [video]

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, sizdən olsaydı hansı naziri vəzifəsindən azad edərdiniz?

Sizdən olsaydı hansı naziri dərhal dəyişərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Hökumətin tənqidçiləri olan müstəqil ekspertlər düşünürlər son hadisələr 2018-ci il prezident seçkiləri ilə bağlıdır. Onların fikrincə, bu seçkidə birinci vitse-prezident Mehriban Əliyevanın da prezidentliyə namizədliyi planlaşdırılır.

2016-cı ilin sentyabrında Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişiklikdən biri də vitse-prezident institutu təsis olunub, sonra prezident Əliyev öz xanımını 1-ci vitse-prezident təyin edib. Tənqidçilər bu hadisəni ölkədə ailə hakimiyyətinin oturuşması kimi qiymətləndirir, hakim partiyanın üzvləri razılaşmır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG