Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Fəxrəddin Manafov Kazanova obrazında…


►Tanınmış aktyor Rus Dram Teatrında ilk dəfə sevgi dərsləri müəllimi obrazında səhnəyə çıxacaq

Rus Dram Teatrında “Kazanova: sevgi dərsləri” tamaşasının premyerası olacaq

Aprelin 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Kazanova: sevgi dərsləri” tamaşasının premyerası olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, səhnə əsəri Viktor Korkiya və Aleksandr Lavrinin pyesi əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Fəxrəddin Manafov ifa edəcək.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Tamaşada Xalq Artisti Yuri Baliyev, Firdovsi Atakişiyev, Murad Məmmədov, Yeganə Hüseynli, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodski, Olqa Arsentyeva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva çıxış edəcəklər. Tamaşanın süjet xətti əzəli problem – atanın ağıllı, gözəl, inadkar xarakterli qızına nişanlı seçimi üzərində qurulub.

Tale onun qarşısına yoxsullaşmış, lakin əsilli-nəcabətli nişanlı çıxarır.

Giacomo Casanova-nın portreti
Giacomo Casanova-nın portreti

Sövdələşmə baş tutandan sonra şəhərə qadın düşkünü və adamı yoldan çıxaran Don Juanın gəlməsi haqqında şayiə yayılır.

Ata qızını günah iş tutmaqdan yayındırmaq üçün ona qocaman Kazanovanı sevgi dərsləri müəllimi tutur... Heç kəs hadisələrin necə cərəyan edəcəyini xəyalına gətirə bilmir.

Cakomo Kazanova 18-ci əsrdə yaşamış italyan səyyahı, yazıçısı və... avantüristidir. O, "Həyat salnaməm" adlı əsərində o qədər eşq macəralarından bəhs edir ki, o vaxtdan bəri... qadınları asanlıqla yoldan çıxara bilən "gözəllik aşiqi" kimi tanınır.

Buna da bax: Iran azərbaycanlıları Novruzu Bakıda qarşılayır

İran azərbaycanlıları Novruzu Bakıda qarşılayır
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG