İranın xarici işlər naziri deyib ki, Fars körfəzində “qeyri-region” ölkələrinin mövcudluğu sabitsizlik gətirir.
Mohammed Javad Zarif bildirib ki, onun ölkəsi qlobal neft və qaz təchizatını təmin edən dəniz yollarında “öz təhlükəsizliyinin müdafiəsində tərəddüd etməyəcək”.
Son həftələrdə İranın Britaniyaya məxsus tankeri Hörmüz boğazında saxlaması beynəlxalq gərginliyə səbəb olub.
Bu arada İranla Birləşmiş Ştatlar arasındakı gərginlik də artmaqdadır.
Birləşmiş Ştatlar Fars körfəzi regionunda dənizçilyin təhlükəsizliyinin təminatı üçün öz müttəfiqlərini beynəlxalq missiyaya qoşulmağa çağırıb.
Avqustun 5-də Britaniya Fars körfəzi və Hörmüz boğazında ABŞ-ın dənizçilik təhlükəsizliyi missiyasına qoşulduğunu bəyan edib.
Avqustun 9-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi deyib ki, İsrailin ABŞ-ın təşəbbüsünə qoşulmaq niyyəti barədə xəbərlərdən sonra İranın milli təhlükəsizliyi üçün aşkar hədə yaranıb.
Bu həftə verilən xəbərlərdən belə məlum olurdu ki, təhlükəsizlik şirkətləri britaniyalı keşikçiləri Körfəzdən keçən gəmilərdən çıxarıblar.
Britaniyalı keşikçilərin İran qüvvələri tərəfindən həbs olunmaq təhlükəsinin olduğu bildirlir.