Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:06

Başı agciyər aparatında yoxlamaq olarmı? - Nardaran işi


İllüstrasiya
İllüstrasiya

►Tibb Baş İdarəsi deyir ki, “olar”

Vəkil Fariz Namazlı hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun səhhəti il bağlı Penitensiar Xidmətin Tibb Baş İdarəsinə müraciət edib.

Vəkil müdafiə etdiyi şəxsin ürəyinin kardioqramının çıxarılması, başının tomoqrafiyadan keçirilməsini istəyib.

Fariz Namazlı deyir ki, Tibb Baş İdarəsindən gedib Abbas Hüseynovu yoxlayıblar. Ancaq başının tomoqrafiyasına aparat tapılmayıb:

Vəkil Fariz Namazlı: Abbas Hüseynovun başını ağciyər üçün nəzərdə tutulan rentgen aparatına qoyublar
Gözlə

No media source currently available

0:00 0:00:18 0:00

“Abbas Hüseynov müəyyən xəstəliklərdən əziyyət çəkdiyindən Penitensiar Xidmətin Tibb Baş İdarəsinə ərizə ilə müraciət etdim. Onun başında, ürəyində və böyrəyində ağrılar olduğunu yazmışdım. Yazmışdım ki, ürəyinin kardioqramı çıxarılsın və başı tomoqrafiyadan keçirilsin. Tibb Baş İdarəsi mənə məktub göndərdi ki, guya Abbas Hüseynov lazımı müayinələrdən keçib, heç bir problemi yoxdur. Abbas Hüseynovla görüşəndə isə dedi ki, ürəyinin kardioqramı çıxarılıb. Ona deyilib ki, heç bir ağrı-filan yoxdur. Aparat olmadığından başı tomoqrafiya olunmayıb. Başını ağciyər üçün nəzərdə tutulan rentgen aparatına qoyublar. Başını həmin aparatdan keçiriblər. Deyiblər ki, başında da problem yoxdur. Ağrı varsa, o da müvəqqəti bir şeydir. Belə çıxır ki, nəzərdə tutulan aparatları yoxdur”.

____________________________________________________________

Bunlara da bax:
İşaxtaran: “Siz vətəndaşı başınızdan edirsiz”
Markes: "Allaha inanmırsansa, heç olmasa, gərək əlamətlərə inanasan"

____________________________________________________________

“Gülüncdür ki...”

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev AzadlıqRadiosuna deyib ki, vəkilin dediyi doğru deyil:

Rəfail Mehdiyev: “Rəqəmsal rentgen aparatında orqanların hamısı müayinə olunur"
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

“Rəqəmsal rentgen aparatında orqanların hamısı müayinə olunur. Bakı İstintaq Təcridxanasında həm rəqəmsal rentgen aparatı, həm də qrafiya üçün rentgen avadanlığı var. Bakı İstintaq Təcridxanası lazım olan rentgen avadanlığı ilə təmin olunub. Ancaq ağciyər üçün nəzərdə tutulan aparat yoxdur. Onu deyən adam, yəqin ki, təbabətdən məlumatlı deyil. Rentgen avadanlıqlarının hamısı, müasir avadanlıqlar bütün üzvlərdə müayinə aparmağa imkan verir. Proqramdır, proqram dəyişilir və həmin proqramla da o həyata keçirilir. Yalnız ağciyər üçün rentgen avadanlığının düşünülməsi gülüncdür”.

Vəki Fariz Namazlının müdafiə etdiyi Abbas Hüseynov Nardaran işinə görə ittiham olunur. Nardaran hadisələri zamanı onun belinə güllə dəyib. Bundan sonra 3 gün komada qalıb. Mətbuatda onun ölməsi xəbərləri yayılsa da, sonradan komadan ayılıb.

XS
SM
MD
LG