Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Mart, Bazar ertəsi, Bakı vaxtı 07:30

'Fancy Bear' Ukrayna elitasını necə hədəfə alıb


«Secureworks» kəşfiyyat şirkəti

Rusiya təhlükəsizlik qüvvələrinə bağlı haker qrupu Ukraynanın hərbi və siyasi elitasının 545 üzvünü hədəfə alıb. Bu barədə «The Associated Press» agentliyi araşdırma yayıb. Bu hədəflərin arasında Ukrayna ordusunun separatçılarla mübarizədə işlətdiyi artilleriya yönəldici mobil əlavəsinin (app) də olduğu bildirilir.

«Xəyali ayı» (Fancy Bear) adlı haker qrupunun, eyni zamanda, Qərb hökumətləri və təhlükəsizlik qurumlarına qarşı kiberhücumlarda, o cümlədən ötən il ABŞ-da prezident seçkiləri ərəfəsində Demokratlar Partiyasına hücumda iştirak etdiyi bildirilir.

HƏDƏF SİYAHISI

Noyabrın 2-də yayılmış araşdırma məqaləsində «Secureworks» kəşfiyyat şirkətinin təqdim etdiyi rəqəmsal «hədəf siyahısı» yer alıb. Xəbər agentliyinin təhlili rusiyalı hakerlərin Kremllə əlaqəsinin bu gün üçün ən detallı dəlillərini ortaya qoyur. Məqalədən həmçinin, bu əməliyyatın illərlə davam etdiyini, ABŞ, Rusiya və başqa yerlərdə 4 min 700 Gmail istifadəçisinin elektron poçtunu yarmağa cəhd etdiyini görürük.

Yazının müəllifi Raphael Satter «Medium» platformasında «Secureworks» tərəfindən toplanmış məlumatı göstərən skrinşot dərc edib. Bu məlumata görə, 2015-ci il aprelin 3-də Ukraynanın tanınmış artilleriya yönəldici mobil əlavəsinə müdaxilə cəhdi olub.

Azad Avropa/Azadlıq Radioları (RFE/RL) skrinşotda aydın görünməyən elektron ünvanın ukraynalı zabit Yaroslav Sherstyuk-a məxsusluğunu təsdiqləyib. Sherstyuk-un özü noyabrın 2-də radioya telefon müsahibəsində deyib ki, AP onu hakerlər tərəfindən hədəfə alındığı haqda xəbərdar edib. Eyni zamanda, Satter «hədəf siyahısı»nın sadəcə təsdiqlənmiş hədəfləri göstərdiyini, siyahıdakı ünvanların heç də hamısının yarılmadığını söyləyib.

Hədəflərin arasında Ukrayna ordusunun artilleriya yönəldici mobil əlavəsinin (app) də olduğu bildirilir.
Hədəflərin arasında Ukrayna ordusunun artilleriya yönəldici mobil əlavəsinin (app) də olduğu bildirilir.

Sherstyuk-un artilleriya yönəldici mobil əlavəsi daha öncə də ziddiyyətli reaksiyalar yaratmışdı. Virciniyada yerləşən «CrowdStrike» kibertəhlükəsizlik şirkəti ötən ilin dekabrında mobil əlavədə «Fancy Bear» tərəfindən hazırlanmış virusun aşkarlandığını bildirmişdi.

QAUBİTSALARIN 80%-İ NECƏ İTİB

«CrowdStrike» virusun yoluxmuş qurğulardan yazışmaları və məkan haqda məlumatları çəkib çıxara bilməsi nəticəsində Ukrayna ordusunun sovet dövründən qalan D-30 qaubitsalarının 80%-ni itirdiyini iddia edirdi.

Şirkət bildirir ki, toplanan məlumat Ukraynanın şərqindəki Donetsk və Luqansk əyalətlərində Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən istifadə edilmiş ola bilər. Şərqi Ukraynada silahlı münaqişə artıq dördüncü ildir ki, davam edir. Bugünədək 10 min 100-dən artıq insanın həyatına son qoymuş müharibədə kibersilahlar böyük rol oynayır. «CrowdStrike»ın öz nəticələrini açıqlamasından sonra Sherestyuk əlavəsinin zədələndiyini danıb. Ukraynanın Müdafiə Nazirliyi isə qaubitsa arsenalının ciddi ziyan görməsi haqda məlumatı təkzib edib.

Bəzi təhlilçilər «CrowdStrike»ın hesabatının problemli olduğunu, onun yaydığı məlumatınsa yanlış yozulduğunu deyirlər. Şirkət yenidən təhlil apararaq, 2017-ci ilin martında hesabatı bir daha dərc edib. Ukraynanın qaubitsalarının 80%-ni itirməsi haqda məlumat yeni versiyadan çıxarılıb. Budəfəki hesabatda artilleriya qurğularının 15-20%-nin sıradan çıxarıldığı bildirilir. Bu rəqəm Londonda fəaliyyət göstərən Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan götürülüb.

Avropa yeni kiberhücum cəngindədir
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

ANDROID-Ə ZƏRƏRLİ PROQRAM YERİDİLİB

«CrowdStrike»ın məlumatında həmçinin deyilirdi ki, 2014-cü ilin sonlarından 2016-cı ilədək «Fancy Bear» Sherstyuk-un hazırladığı Android əlavəsinə zərərli proqram yeridib.

AP-nin məlumatında göstərilən 545 hədəf arasında Ukrayna prezidenti Petro Poroshenko və oğlu, deputat Oleksiy Poroshenko da var. Bundan başqa, daxili işlər naziri Arsen Avakov-la birlikdə altı indiki və sabiq nazir, habelə 24 indiki və keçmiş deputatın hədəfə alındığı bildirilir.

Maraqlıdır ki, hədəf siyahısında keçmiş prezident Viktor Yanukovych-in Regionlar Partiyasının istifadə etdiyi çirkli büdcənin üstünü açan müxalif millət vəkili Serhiy Leshchenko da var. Partiyanın o zaman Paul Manafort-a ödədiyi pulları da bu büdcədən götürdüyü deyilir.

Sonradan Donald Trump-ın seçki kampaniyasının sədri olmuş Manafort-a oktyabrın 30-da Vaşinqtonda çirkli pulların yuyulması, vergidən yayınma və xarici maraqları olan agent kimi qeydiyyatdan keçməmək ittihamları irəli sürülüb. Bunların çoxu onun Ukraynadakı fəaliyyəti ilə bağlıdır.

XS
SM
MD
LG