Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:04

Rafsanjani-nin qızı islami quruluşun çökə biləcəyini deyir


Keçmiş prezident Akbar Hashemi Rafsanjaninin qızı Faezeh Hashemi
Keçmiş prezident Akbar Hashemi Rafsanjaninin qızı Faezeh Hashemi

İranda İslam Respublikasının əsasını qoymuş şəxsiyyətlərdən birinin qızı xəbərdarlıq edib ki, 40 il bundan əvvəl yaradılmış sistem hələ güclü olsa da, zəifləməkdədir və bir gün çökə bilər.

İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjani-nin qızı Faezeh Hashemi dekabrın 27-də qəzetə verdiyi müsahibədə deyib ki, “təqib” və “qorxu” İslam dövlətini sarsıdan əsas amillərdir.

O Tehranda çıxan Mostaqel qəzetinə müsahibəsində bildirib ki, “hələlik sistemin fiziki çökümü baş verməyib, lakin indi bu, tamamilə mümkün görünür”.

Hashemi Rafsanjani ailəsi
Hashemi Rafsanjani ailəsi

56 yaşlı keçmiş islahatyönlü millət vəkili Hashemi 2012-ci ildə “antirejim təbliğatına” görə 6 ay azadlıqdan məhrum edilib. O bildirib ki, son illər fərqli düşüncəyə qarşı fiziki hücumlar 2009-cu ilin antihökumət etirazları zamanı olduğu qədər aşkar olmasa da, bir çox repressiv tədbirlər səhnə arxasında həyata keçirilir:

"Fəhlələrdən tutmuş müəllimlərə, sürücülərə, insan haqları fəalları və tələbələrədək cəmiyyətin bütün təbəqələrindən olan insanlar hazırda ya həbsxanadadırlar, ya da həbsxana cəzasına məhkum ediliblər”.

Onun sözlərinə görə “İslam dövlətinin çöküşü hələ yaxında deyil, lakin sistemin silkələnməsi artıq baş verib”. Xanım Hasemi deyib ki, “problemlər həll olunmaq əvəzinə daha da pisləşir və heç nədə yaxşılaşma hiss olunmur”.

Xanım Hashemi bundan əvvəl də atasının siyasi irsini tənqid edənlərin hədəfinə çevrilib. 2017-ci ildə vəfat etmiş keçmiş prezident Akbar Hashemi Rafsanjani-nin özü də islahatyönlü baxışlarına görə hücumlara məruz qalırdı.

Sərt xətt-hərəkət tərəfdarları 2016-cı ildə bir bəhai lideri ilə görüşdüyünə görə Faezeh Hashemi-nin cəzalandırılmasına çağırırdılar. O bu bəhai qadınla Tehranın Evin həbsxanasında eyni kamerada cəza çəkmişdi.

Bunun ardınca, 2017-ci ilin martında ədliyyə onu “antidövlət təbliğatı, ədliyyə sistemi və İnqilab Keşikçiləri Korpusu barədə yalanlar yaymaq” ittihamı ilə 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. O bundan başqa həm də 2009-cu ilin repressiyaları zamanı qısa müddət ərzində həbs olunmuşdu.

Tarixi foto: Akbar Hashemi Rafsanjani (solda), ali rəhbər Rouhollah Khomeini (ortada) və Hossein Ali Montazeri (solda)
Tarixi foto: Akbar Hashemi Rafsanjani (solda), ali rəhbər Rouhollah Khomeini (ortada) və Hossein Ali Montazeri (solda)

Hashemi ölkənin indiki vəziyyətinə görə sərt xətt-hərəkət tərəfdarlarını günahlandırır və onları öz maraqları və hakimiyyətdə qalmaq niyyətləri üçün dindən sui-istifadədə ittiham edir.

Lakin Faezeh Hashemi həm də indiki prezident Hassan Rohanini tənqid edib:

"Prezident elə şeylər danışır ki, sanki heç prezident deyil. O lap müxalifət nümayəndəsi kimi çıxış edir. Mən bilirəm ki, hökumət əsas məsələlərdə vəziyyətə hakim deyil. Ortalıqda böyük manelər var. Amma hökumətin tam nəzarətində olan sahələrdə də problemlər var axı…”

Hashemi deyib ki, İran yanlış qanun və fəaliyyətlərini ciddi şəkildə nəzərədən keçirərək düzəltməlidir.

Onun tənqidləri İran üzərinə ABŞ sanksiyalarının bərpası ilə əlaqədar yaşanan iqtisadi çətinliklər dövrünə təsadüf edir.

Son vaxtlar milli valyuta – rial azacıq dirçəlsə də, hər sahədə əhəmiyyətli bahalaşma hiss olunur.

Ötən ilin dekabrında iqtisadi problermlərə və korrupsiyaya etirazlar ölkənin 80 şəhərini bürümüşdü. O vaxtdan bəri ayrı-ayrı yerlərdə pərakəndə etirazlar baş verir. Bu etirazlarda insanlar, dövlət, dini hakimiyyət və hətta ali rəhbər barəsində tənqidi şüarlar səsləndirirlər.

Ötən iyunda Financial Times qəzetinə müsahibəsində Hashemi demişdi ki, İran hakimiyyətinin salamat qalmaq üçün yeganə çıxış yolu islahatlar və Donald Trump hökuməti ilə danışıqlardır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG