Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Fədayə Laçınla mühakimə olunan polkovnikin həbsdən buraxıldığı bildirilir


Fədayə Laçın
Fədayə Laçın

Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya gətirilərkən Biləcəridə dəmiryol stansiyasında xüsusi qatardan dustaqların qaçmasına görə həbs olunan polkovnikin azadlığa buraxıldığı bildirilir.

Söhbət Penitensiar Xidmətin konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovniki Bəhruz Abdullayevdən gedir.

Bəhuz Abdullayev bu işə görə həbs olunan 13 nəfərdən biri idi. O, müğənni Fədayə Məmmədova (Laçın), qaçan dustaqlardan Əli Ağami və başqalarıyla birlikdə mühakimə olunurdu.

Vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə kimi əməllərdə suçlanan Bəhruz Abdullayevə Bakı Ağır Cinayətlər Məhkəməsi 9 il həbs cəzası kəsmişdi. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ilə endirdi.

Bəhruz Abdullayevin təxminən on gün öncə Bakı İstintaq Təcridxanasından azadlığa çıxdığı bildirilir.

Bəhruz Abdullayevin vəkili Ziyad Abbaszadə isə müvəkkilinin cəza növünün dəyişdiyini bildirir. Onun sözlərinə görə, Bəhruz Abdullayev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Dustaqların qaçmasına görə cəzalandırılan Fədayə Laçın da oktyabrın sonunda azadlığa çıxacaq. Onun 5 illik cəzasını apellyasiya məhkəməsi 2 ilə endirib və həmin müddət tamam olur.

Fədayə Laçın vaqonun pəncərəsini açmaqdan ötrü lazım olan xüsusi açarı qaçan dustaqlardan biri, şəxsi münasibəti olan Etibar Məmmədova ötürməkdə ittiham edilirdi.

Onun özü də açarı verdiyini etiraf edirdi. Amma deyir ki, açarın Etibara qaçmaq üçün lazım olduğunu bilməyib.

Bəhruz Abdullayev isə bu olaydan əlavə, tabeliyində olan işçilərin ezamiyyət, müalicə pullarının bir hissəsini mənimsəməkdə ittiham edilirdi. Amma o, ittihamı qəbul etmir, özünü təqsirli bilmirdi.

XS
SM
MD
LG