Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Facebook köhnə texnologiyaya əl atır


Facebook siyasi reklam qaydalarını sərtləşdirir
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Facebook siyasi reklam qaydalarını sərtləşdirir

Facebook bu yaxınlarda ABŞ-da seçkilərə xarici müdaxiləni önləmək üçün əsrlərin sınağından keçmiş üsula – poçt xidmətinə müraciət etməyə hazırlaşır.

2016-cı ildə rus casuslarının ABŞ-da seçki kampaniyasına mane olmaq məqsədilə yaydığı siyasi reklamlar Facebook-u əməlli-başlı çaşdırıb. Facebook-un qlobal siyasət və hökumətlə iş bölməsinin rəhbəri Katie Harbath ötən həftə Vaşinqtonda Milli Dövlət Katibləri Assosiasiyasının yığıncağında deyib ki, şirkət siyasi reklam xidmətinin potensial müştərilərinə poçt açıqcaları göndərəcək. Bu yolla Facebook onların həqiqətən də ABŞ-da yaşayıb-yaşamadığını müəyyən etmək niyyətindədir.

Namizədlərin adları açıqlanan reklamlar

Daha sonra məktubu alan müştəri orada qeyd olunan xüsusi kodu Facebook-a daxil edərək, reklam xidmətindən yararlana biləcək. Bu üsul ilk növbədə namizədlərin adlarını noyabrda keçiriləcək aralıq seçkilərindən öncə açıqlayan reklamlara şamil ediləcək. Facebook-un sözçüsü Andy Stone belə deyib.

Bu plan xüsusi müşavir Robert Mueller-in 13 Rusiya vətəndaşını ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham etməsindən bir gün sonra açıqlanıb.

Facebook Rusiya trollarına qarşı yeni portal yaradır
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Mueller-in ittihamnaməsində rus casuslarının real Amerika vətəndaşlarının sosial müdafiə nömrələrini (SSN) və digər mühüm məlumatlarını oğurlayaraq, onların köməyi ilə bank və PayPal hesabları yaratmalarından da söz açılır. Casuslar həmin onlayn reklam xidmətlərindən hesabların köməyi ilə yararlanıblar. Rus agentlər həmçinin, amerikalıları da bu işə cəlb edərək onlardan, məsələn, rus sosial media postları üçün təşkil olunan aksiyalarda şüarları tutmaq üçün istifadə ediblər.

Facebook hər iki sosial şəbəkə platformasında (Facebook və Instagram) Rusiyadan qaynaqlanan 3 minədək reklamı aşkara çıxarıb. Bu reklamlar 2016-cı ilin noyabrında keçirilən seçkilərdən öncə və sonra alınıb. Onların ümumilikdə 150 milyonadək istifadəçi tərəfindən görüldüyü ehtimal olunur. Ancaq reklamlar problemin, sadəcə, bir hissəsidir. Belə ki, Mueller-in ittihamnaməsində deyilir ki, rus agentləri bundan başqa «United Muslims of America» (Birləşmiş Amerika Müsəlmanları), «Secured Borders» (Gücləndirilmiş sərhədlər) və «Blacktivist» (Qaradərili fəal) kimi adları olan saxta səhifələr də yaradıblar. Bu səhifələrin minlərlə izləyicisi olub.

«Daha geniş işin bir hissəsi»

Aydındır ki, xarici agentlər yerli poçt ünvanları açaraq işi ABŞ sakinlərinin köməyi ilə davam etdirə bilərlər. Facebook poçt açıqcası vasitəsilə yeni təsdiqləmə üsulunun belə mümkün halları necə önləyəcəyini açıqlamayıb. Ancaq Stone bu üsulun Facebook platformasında «seçkilərə xarici təsirin qarşısını almağa yönəlmiş daha geniş işin, sadəcə, bir hissəsi» olduğunu deyib.

Trollar kimlərdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:00:58 0:00

Facebook-un səyləri daha çox platformada insanların real olmasını təsdiqləməyi hədəfləyir. Məsələn, şirkət hazırda şübhəli reklam sifarişçilərini yaxalamaq üçün Kanadada xüsusi sistemi sınaqdan keçirməkdədir. Bu sistem adamların hər hansı Facebook səhifəsində həmin səhifəyə aid reklamları görməsinə imkan verir. Məsələn, hər hansı namizədin Facebook-da yerləşdirilmiş siyasi reklamı həmin namizədin səhifəsində görünəcək. Hətta reklamı sifariş edən adam reklamın hədəf qrupunda olmasa belə.

Stone deyib ki, Facebook bundan başqa, təkmilləşdirilmiş öyrənmə texnikalarının köməyi ilə ötən il Fransa, Almaniya və Britaniyada keçirilən seçkilər zamanı on minlərlə saxta səhifəni aşkarlayaraq bağlaya bilib.

Şirkət bu il təhlükəsizlik komandasında çalışan əməkdaşların sayını iki dəfə artıraraq, 20 min nəfərə çatdıracağını, reklam kontentini nəzərdən keçirmək üçün daha min nəfəri işə cəlb edəcəyini bildirib.

XS
SM
MD
LG