Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:18

Facebook videosunda LGBT kitablarını yandırdı


LGBT bayrağı
LGBT bayrağı

Ötən həftə ABŞ-ın Ayova ştatının şimal qərbində yaşayan bir kişi ştatın ictimai kitabxanalarından birindən bir neçə uşaq kitabını götürərək insanların gözü qarşısında yandırıb.

Ötən cümə günü Ayovanın Orinc Siti şəhərində ikinci prayd (LGBT icmasının hüquqlarının tanınması üçün keçirilən tədbirlər) başlayıb. Tədbir çərçivəsində həm də uşaqlara hekayələr oxunmalı, tamaşalar göstərilməli imiş. Tədbirin başlanmasından bir saat öncə Pol Dorr adlı şəxs Facebook-da canlı videoya başlayıb. Videoda o, ictimai kitabxanadan götürdüyünü iddia etdiyi, LGBT mövzusunda yazılmış azı dörd kitabı yandırılmış zibil qutusunun içinə atıb.

Dorr «Rescue The Perishing» (Tələf olanları xilas edin) adlı dini qrupun rəhbəridir. O, eyni zamanda, abortlara qarşı olan və ailələri qorumağa çalışan hərəkatın saytını işlədir.

Dorr jurnalistlərə danışmaqdan imtina edib.

Kitabxananın rəhbəri Amanda Vaskes video barədə ertəsi gün, şənbə günü eşitdiyini deyib. Onun sözlərinə görə, kitabxana rəhbərliyə xəbər verib və bununla bağlı növbəti addımları şəhər administrasiyası ilə müzakirə edib.

Petisiyanı 340 nəfər imzalamışdı

Orinc Sitinin polis idarəsinin rəhbəri məsələ ilə bağlı tədbirlərin müzakirə olunduğunu desə də, jurnalistlərə daha çox açıqlama verməkdən imtina edib.

«Düzünü desəm, bu mənə iyrənc göründü. Bunu görməkdən narahatlıq duyuruq. İctimai kitabxananın kitablarını yandırmaq açıq-aşkar ideyaların açıq paylaşılması və müzakirəsini önləməyə yönəlmiş cəhddir. Bu, bütün ictimaiyyətin ideyalara çıxış qapısına nəzarət etdiyini sanan bir şəxs, yaxud bəlkə də bir qrupdur», – Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) icraçı direktoru Mark Strinqer «USA Today» qəzetinə deyib.

Bu il Orinc Sitidə LGBTQ məzmunlu kitabların digər kitablardan ayrılaraq işarələnməsini tələb edən petisiya paylaşılırdı. Petisiyanı 340 nəfər imzalayıb.

Sonradan kitabxana bütün kitabların adlarını mövzulara görə düzməyə başlayıb.

P.Dorrun yandırdığı dörd kitabdan üçünün adı həmin petisiyada qeyd olunubmuş. Söhbət Devid Levitanın yazdığı «İki öpüşən oğlan» adlı gənclər üçün roman, Kristin Boldakçinonun «Morris Miklvayt və narıncı don» adlı uşaq kitabı və Qeyl Pitmanın prayd paradı mövzusunda yazdığı «İyunun bu günü» kitabından gedir.

Dorrun yandırdığı dördüncü kitabsa «Ailələr, ailələr, ailələr!» kitabı olub. Kitab qeyri-ənənəvi ailələr haqdadır.

Bir şəxsin inancı

«Hesab edirəm ki, bu il daha öncə baş vermiş hadisələrlə bu həftə baş verənlər arasında fərq qoyulmalıdır. Bunlar bir şəxsin hərəkətləri və inanclarıdır, ümid edirik, onlar hər hansı qrupu və ya icmanı təmsil etmir», - Ayova Kitabxana Assosiasiyasının (ILA) vitse-prezidenti Dan Çibnell deyib. Ancaq o, təmsil etdiyi qurumun adından danışmadığını deyib. ILA hələlik, məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Çibnellin sözlərinə görə, kitabların yandırılmasından fərqli olaraq, petisiya etirazın sivil yoludur. O əlavə edib ki, ictimai əmlakın videoda yandırılması uşaqlara çox pis örnəkdir.

Orinc Siti ABŞ-ın ən mühafizəkar ərazilərindən biridir. Ərazini Konqresin aşağı palatasında respublikaçı Stiv Kinq təmsil edir.

Dorr öz bloq postunda hər hansı siyasi partiyanı təmsil etmədiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG