Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:52

Facebook videolarda sizi tanıyacaq


Facebook
Facebook

-

«Facebook» fotolarda olduğu kimi, videolarda da üzləri tanıyacaq.

Uzun zamandır süni intellekt layihələri üzərində çalışan «Facebook» bunun bəhrəsini görməyə başlayır. «F8» konfransında sosial şəbəkə daha bir yeniliyini diqqətə yetirib – indən beləvideolara da üztanıma özəlliyi artırılacaq. Necə?Videodakı şəxslərin avtomatikişarələnməsi yolu ilə. Bu özəllikistifadəçilərin videolarda istər özlərini, istərsə dostlarını asanlıqla tapmağa imkan verəcək.

«Facebook» gələcəkdə videoda indeksləşmə də aparacaq.Tutalım, istifadəçi4 dəqiqəlik videoda özünün bir neçə saniyəlik görüntüsünü axtarırsa və bu hissəni tapmaq vaxt aparırsa, «Facebook» həmin hissəni tapıb istifadəçiyə təqdim edəcək.

Sosial şəbəkə videolara insanların danışığı əsasında altyazı da hazırlayacaq.

XS
SM
MD
LG