Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:59

Facebook və Instagram-ın saxladığı və sildiyi fotolar


Olga Shirnina Klimbimin rənglədiyi fotolardan biri: 1939-cu ildə Polşanın paytaxtı Varşavada əklil qoyulması mərasimi
Olga Shirnina Klimbimin rənglədiyi fotolardan biri: 1939-cu ildə Polşanın paytaxtı Varşavada əklil qoyulması mərasimi

AzadlıqRadiosu yazır ki, rusiyalı Olga Shirnina köhnə ağ-qara fotoların rənglənməsi sahəsində tanınan mütəxəssislərdəndir.

Onun yeni işləri hazır olsa da, onları sosial mediadakı 45 min izləyicisi ilə paylaşmağa tələsmir.

O ehtiyat edir ki, Facebook və Instagram onun bu fotolarına da blok qoya bilər.

Əvvəllər başına gəlib və deyir ki, bu dəfə də belə olacağına əmindir.

Söhbət Olga Shirnina-nın elə 26 mayda bitirdiyi fotodan gedir.

Fotoda 1939-cu ildə Polşanın paytaxtı Varşavada əklil qoyulması mərasimi əks olunub.

Nasist Almaniyasının Polşanı işğal etməsinə bir neçə ay qalır və Almaniya rəsmiləri Varşavada hələki qonaqdırlar.

Olga Shirnina
Olga Shirnina

Klimbim təxəllüsü ilə işləyən Shirnina Alman dilindən Rus dilinə peşəkar tərcüməçidir və ağ-qara fotoların rənglənməsi sahəsində aparıcı ekspertlərdəndir.

Moskvada yaşayan tərcüməçi və həvəskar tarixçi Shrinina deyir ki, saatlarla kompüterin qarşısında oturaraq ağ-qara fotoşəkillərə, onları “canlandıracaq” rəng çalarları seçir.

O adətən fotolarını onlara siyasi şərhlər yazmadan dərc edir. Çar II Nikolayın bu fotosu kimi:

Buna baxmayaraq ötən ilin sentyabrında Shirnina Instagram platformasından xəbərdarlıq alıb.

Ona bildirilib ki, nasist liderləri rəngləməklə Instagram-ın icma qaydalarını pozub. Bu da bildirilib ki, bir də belə fotolar yerləşdirsə, onun hesabı tamamilə bağlanacaq.

2019-cu ilin sentyabrında Instagram-dan silinmiş bu 1939-cu il tarixli fotoda Heinrich Himmler-in (solda) Almaniyanın Polşadakı səfiri Hans-Adolf von Moltke ilə görüşü əks olunub.

Bunun ardınca rəngkarın daha bir neçə fotoları Facebook və Instagram-dan silinib.

Ukraynanın Xarkov şəhərində alman əsgərləri təsvir edən bu foto da silinib.

Şəkildə heç bir nasist nişanları görünmür. Bu səbəbdən də Shirnina inanır ki, fotonu senzura alqoritmi yox, canlı redaktor silib.

Shirnina-ya xəbərdarlıq edilib ki, o Facebook-un təhlükəli təşkilatlar barədə qaydalarını pozub.

Facebook-un Təhlükəli Fərdlər və Təşkilatlar qaydasında deyilir ki, platformada terror fəaliyyətini, mütəşəkkil nifrəti, kütləvi qırğınları və ya silsilə qətlləri, insan alverini təsvir edən materialların dərcinə icazə verilmir.

Daha sonra, mayın əvvəllərində 1945-ci ildə Reyxstaqa sovet bayrağı taxan əsgərlərin bu təsvirinə görə Facebook Shirnina-nın hesabını üç gün müddətində bağlayıb.

Hesabın yenidən açılması üçün Facebook ondan kimliyini hər hansı fotoşəkilli sənədlə təsdiq etməsini istəyib.

Shirnina deyir ki, Facebook-un qaydaları bir xeyli yayğındır və o hansı şəklin qadağan ediləcəyini əvvəlcədən bilmir. Rəngkar tarixi fotolarla işləyir, onları isə dəyişmək mümkün deyil.

Leninin bu fotosu da heç bir problemə səbəb olmayıb
Leninin bu fotosu da heç bir problemə səbəb olmayıb

O deyir ki, Facebook milyonlarla günahsız insanların ölümünə bais olmuş sovet liderlərinin fotolarına problem yaratmayıb.

1930-cu ildə çəkilmiş bu foto da istisna təşkil etmir.

Burada Josef Stalin, Mikhail Kalinin (eynəkli), Kliment Voroshilov və Lazar Kaganovich əks olunub.

Bir çox siyasi terror aktlarından başqa bu fotodakıların 1940-cı ildə 22 min Polşa zabitinin edamında da əli var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG