Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:10

Facebook da üzləri dəyişəcək


MSQRD
MSQRD

-

Facebook əyləncəli üzdəyişmə proqramı MSQRD-ni satın alıb.

Bu barədə proqramın rəsmi bloqunda məlumat verilir. Satınalmanı Facebook da təsdiqləyib.

Üzdəyişmə proqramları bir neçə həftədir ki, virtual aləmdə trendə çevrilib. «Snapchat» da filtrlərinə bu özəlliyi artırıb.

Belarus startap layihəsi olan MSQRD selfilərə canlı videoeffekt və məşhurların üzlüklərini təqdim edir. IOS istifadəçilərinin diqqətini çəkən MSQRD daha sonra Android üçün də yayımlandı. Ardından Facebook da bu uğurlu proqramdan yararlanmağa qərar verdi. İstifadəçilər hazırladıqları əyləncəli fotoları elə ən çox bu sosial şəbəkədə paylaşırlar.

Facebook-un sözçüsü MSQRD ilə işləyəcəklərindən məmnunluğunu deyib.

Bu sosial şəbəkə, hələlik, proqramın pulsuz və məhz ona bağlı şəkildə davam etməsini daha uyğun sayır.

MSQRD-ni satın almağa Facebook-un nə qədər pul ödədiyi açıqlanmır.

XS
SM
MD
LG