Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:02

Facebook-un kontentinə nəzarət Rusiya təbliğatı problemini həll etməyəcək


Sosial media
Sosial media

Stenford Universiteti Filantropiya və Vətəndaş Cəmiyyəti Mərkəzinin baş tədqiqatçısı, Rəqəmsal Vətəndaş Cəmiyyəti Laboratoriyasının direktoru Lucy Bernholz «The Washington Post» qəzetində «Facebook, gizli reseptlərini bizə göstər» adlı məqalə dərc etdirib.

ALQORİTMLƏR

Məqalədə deyilir ki, ABŞ elektoratının Twitter, Facebook və başqa rəqəmsal platformalar vasitəsilə xaricdən manipulyasiyasına həsr edilmiş Konqres dinləməsi iki məsələni ortaya qoyub.

«Birincisi, əksər millət vəkilləri bu platformaların necə işlədiyini anlamırlar. İkincisi, texnologiya şirkətləri demokratik normaları öz fəaliyyətlərinin bir hissəsi kimi prioritet saymırlar. Bunların heç biri yenilik deyil, ancaq hər ikisi get-gedə təhlükəlidir», – müəllif yazır.

«Bu vaxtadək müzakirələrin çoxu Rusiyanın bu platformalarda ödənişli reklamlar yerləşdirmək və saxta profillər açmaqla 2016-cı il prezident seçkilərinə təsir göstərməsi və seçiciləri manipulyasiya etməsi haqda olub. Ancaq kontentə fokuslanmaq bu platformaların demokratiyaya törətdiyi təhlükənin diaqnozunun yanlış qoyulması deməkdir.

Facebook, Twitter, Google və digər platformaların gücü və onların demokratiyaya törətdiyi təhlükə bu platformaların insanlara göstərdiyi kontentdən yox, bu kontenti necə göstərməsindən qaynaqlanır. Onların xəbər axınını idarə edən qapalı alqoritmləri eyni zamanda bizim assosiasiya məkanımızı formalaşdırır. Bu sistemlər bizim kimlərlə görüşdüyümüzü bilir, xəbər tutduğumuz adamları müəyyən edir, hansı səslərdən qaça bilməyəcəyimiz haqda qərar verir. Nəticədə bu rəqəmsal şirkətlər ... həyatlarımızın arbitrlərinə, idarəçilərinə və qeydiyyat məkanına çevrilib», – yazıda deyilir.

Facebook siyasi reklam qaydalarını sərtləşdirir
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

BİR-BİRİNƏ ZİDD İDDİALAR

Müəllif daha sonra yazır:

«ABŞ Konstitusiyasına Birinci Düzəliş dinc toplaşma hüququnu və söz azadlığını təsbit edir. Əgər rəqəmsal mühitin demokratiyaya xidmət etməsini istəyiriksə, paylaşımların məzmununa dair fərqli qaydalar tələb etməklə çox da uzağa gedə bilməyəcəyik. Əslində, kontentə fokuslanmaq bizi yenidən həmin azad söz dalanına gətirib çıxaracaq. Bu məsələdə isə həm istifadəçilərin, həm də platformaların bir-birinə zidd iddiaları var.

İstədiyimiz şəkildə birləşmək hüququmuzu geri tələb etməliyik. Yəni, seçdiyimiz insanlarla görüşmək və onları dinləmək, həmin görüşlər haqqında bilənləri də özümüz müəyyən etmək hüququmuzu geri qaytarmalıyıq. Rəqəmsal şirkətlər bu işi yaxşı bilirlər. Onların alqoritmləri və əllərində olan məlumat bunu deyə bilir. Ancaq onlar bu bilgini bizdən gizli saxlayırlar.

Birləşmə hüququmuzu geriyə tələb etməyimiz üçün bu platformaların bu işi necə gördüklərinə dair məlumata çıxışımız olmalıdır. Bundan ötrü alqoritmlərin və məlumatların bu platformalar daxilində necə çalışdığını görə bilməliyik. Bundan başqa, ... özümüzü bu alqoritmlərdən çıxarmaq imkanımız olmalıdır».

«DEMOKRATİYANI XİLAS EDƏ BİLMƏRİK»

Müəllif iddia edir ki, bu, Facebook, Twitter və digərlərinin biznes sxemlərinin özəyinə ziddir. Məhz buna görə də onlar tezliklə könülsüz də olsa, kontentlə bağlı yeni qaydalara tabe olmağa üstünlük verəcəklər. Onlar üçün bu, sistemlərinin fəaliyyəti ilə bağlı hesabatlı olmaqdan daha yaxşıdır. Xüsusən də bu addımı atmaq bizi onların alqoritmik aktivləri ilə bağlı məlumat tələb etməkdən yayındırırsa.

Yazının sonunda müəllif yenidən söz azadlığı və toplaşma azadlığını təsbit edən Birinci Düzəlişə istinad edir:

«Qurucu atalar (Amerika dövlətçiliyinin yaranmasında əsas rol oynamış siyasi xadimlər-tərc.) Birinci Düzəlişi yazanda bilirdilər: Demokratiya həm azad söz, həm də azad toplaşma tələb edir. Biz birini o birinə qurban verməklə demokratiyanı xilas edə bilmərik. Əmin olmalıyıq ki, rəqəmsal mühitimiz bunların hər ikisini təmin edir».

XS
SM
MD
LG