Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Facebook 'Rusiyadan qaynaqlanan' onlarca Instagram hesabını bağlayıb


Facebook Rusiyadan qaynaqlanan 50-dək Instagram hesablarını bağladığını elan edib. Bu hesabları işlədənlər özlərinin Birləşmiş Ştatlarda yaşadıqları təsəvvürünü yaradırdılar.

Ehtimal olunur ki, onların məqsədi bu saxta hesablarla Amerika cəmiyyəti arasına təfriqə salan siyasi mesajlar verməklə ABŞ-da gələn il keçiriləcək prezident seçkisini hədəfləməkdir.

Sosial media nəhəngi oktyabrın 21-də bildirmişdi ki, habelə İrandan idarə olunan üç ayrı-ayrı şəbəkə bloklanıb.

Facebook bunu da bildirib ki, Rusiya şəbəkəsinin İnternet Tədqiqatları Agentliyi (İTA) ilə bağlılığını göstərən əlamətlər var. Sankt Peterburqda yerləşən bu təşkilatı bəzən “troll fabriki” adlandırırlar.

Qurumun “Putinin aşpazı” ləqəbli oliqarx Yevgeny Prigozhin-ə aid olduğu deyilir.

İTA-nın adı ABŞ-ın xüsusi prokuroru Robert Mueller-in hesabatında dəfələrlə çəkilir.

Facebook-un kibertəhlükəsizlik siyasətinə rəhbərlik edən Nathaniel Gleicher deyib:

"Biz görürük ki, bu əməliyyat xüsusilə də ABŞ-dakı ictimai müzakirələri hədəfləyir və hazırda ABŞ-da ağrılı və bəzən də bölücü sayılan bir növ siyasi məsələlərə girişir”.

Gleicher deyib ki, İTA-ya bağlı şəbəkə 50 Instagram və bir Facebook hesabından ibarət idi və 246 min izləyici toplamışdı. Bu izləyicilərin 60 faizi ABŞ-da idi.

Gleicher bildirib ki, şəbəkənin müdaxilə etdiyi məsələlərin seçkiyə təsiri ola bilərdi. Amma o əlavə edib ki, məqsədin nə olduğu bilinmir.

ABŞ təhlükəsizlik rəsmiləri xəbərdarlıq etmişdilər ki, Rusiya, İran və başqa ölkələr 2020-ci il ABŞ seçkisini təsirləndirməyə cəhd edə bilərlər.

Rəsmilər qeyd etmişdilər ki, onlar sosial mediadakı təbliğat kampaniyalarını diqqətlə izləyəcəklər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG