Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:14

Facebook deyir ki, rusiyalılar ABŞ seçicilərini hədəfləmək üçün ondan istifadə ediblər


Facebook şirkətinin rəsmiləri ABŞ Konqresinin palatasına deyiblər ki, sosial şəbəkə prezident seçkiləri dövründə ABŞ seçicilərini hədəfləyən reklamları Rusiyada mənzillənmiş əməliyyatçılara satdığını aşkar edib.

Facebook bu tapıntısı barədə sentyabrın 6-da şirkətin təhlükəslzik rəhbəri tərəfindən yazılmış bloqda məlumat verib. Facebook bildirib ki, bu məsələ ilə bağlı federal xəfiyyələrlə əməkdaşlıq edir.

The Washington Post məsələ ilə tanış mənbələrə istinadən yazıb ki, Facebook Kremlə bağlı təbliğat kampaniyaları aparması ilə tanınan “troll fabrikinə” 100 min dollar dəyərində reklam satıb.

Facebook Konqress təhqiqatçılarına deyib ki, reklamların çoxu 470 saxta hesaba bağlı olub və bu hesablar Amerikada miqrasiya, silah saxlamaq hüquqları, irq və gey haqları kimi məsələlərlə əlaqədar qütbləşdirici mövqeləri paylaşırdı.

The Washington Post yenə də məsələ ilə tanış adamlara istinadən yazıb ki, bu reklamlar 2015-ci ilin yayından başlanıb və onların kiçik bir hissəsi konkret olaraq respublikaçı namizəd Donald Trump-ın və demokrat Hillary Clinton-un adını çəkirdi.

Facebook bildirib ki, bu reklamları alan saxta hesablar bağlanıb.

Sosial şəbəkə bunu da deyib ki, Rusiyaya bağlı ola biləcək sırf siyasi məzmunlu 50 min dollarlıq reklam aşkar edib.

Konqres və xüsusi prokuror Robert Mueller hazırda Moskvanın Trump-ın kampaniya rəsmiləri ilə iddia edilən əlaqələri də daxil, Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdırır.

Trump Rusiyaya bağlı rəsmilərlə hər hansı sövdələşməsinin olduğunu dəfələrlə inkar edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG