Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:21

ABŞ-da Rusiyanın Facebook-dan aldığı reklamlar açıqlanıb


Facebook-un təmsilçisi Colin Stretch Senat komitəsinin sualllarına cavab verib.

ABŞ millət vəkilləri Rusiyanın 2016-cı il seçkisinə müdaxilə məqsədilə istifadə etmək üçün Facebook-dan aldığı reklamların bir hissəsini ictimaiyyət üçün açıqlayıblar.

Senatın Kəşfiyyat Komitəsi bu sənədləri noyabrın 1-də Facebook və başqa sosial media şirkətlərinin nümayəndələrinin ifadə verməsindən sonra sonra açıqlayıb.

Bu dinləmələr zamanı sosial media təmsilçiləri Rusiyanın seçkiyə müdaxiləsinin qarşısının alınması üçün kifayət qədər tədbir görməməkdə ittiham olunmuşdular.

Rusiyadakı hesablar bu reklamlardan Amerika ictimaiyyəti üçün həssas sosial məsələləri qaldırmaq üçün istifadə etmişdi.

Reklamlardan birində deyilirdi: “Hillary-yə dəstək ver, Amerika müsəlmanlarını müdafiə et!”

Başqa bir reklam postunda isə “Amerikada burqanın qadağan olunmasını istəyənlərdən” bu posta like qoymaq və onu paylaşmaq istənirdi.

ABŞ kəşfiyyat orqanları yanvar ayında bəyan etmidşilər ki, Rusiyadan ABŞ seçkisini təsirləndirmək üçün təbliğat kampaniyasına komanda bilavasitə president Putin tərəfindən verilib.

Millət vəkilləri Rusiya hesabları tərəfindən alınmış minlərlə reklamdan yalnız bir hissəsini açıqlayıblar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG