Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:48

Facebook böyük dəyişikliyə hazırlaşır


Reuters agentliyinin verdiyi xəbərə görə Facebook şirkəti özünün News Feed və ya post lentini iki hissəyə ayırmaq üçün təcrübə aparır.

İkiyə bölunmüş lentlərdən birində yalnız reklam tipli kommersiya postları, digərində isə şəxsi xarakterli postlar yerləşəcək.

Facebook-un News Feed lenti bu sosial media platformasının özəyini təşkil edir. İstifadəçilər bu lentdə öz fotolarını yerləşdirir və fikirlərini paylaşırlar. Bu lentdə istifadəçilər habelə müxtəlif postlara “like” vasitəsilə münasibət bildirirlər.

İndi isə Facebook-dan verilmiş məlumata görə şirkət 6 kiçik ölkədə post lentinin ikiyə bölünməsi istiqamətində sınaqlara başlayıb.

Dəyişiklik bu lentdə reklam tipli xəbər və postları paylaşanlardan haqq ödəməyitələb edəcək.

Yoxlama testi Boliviya, Kamboca, Qvatemala, Serbiya, Slovakiya və Şri Lankada aparılır.

Buna baxmayaraq Facebook-da post lentinə cavabdeh olan Adam Mosseri deyib ki, şirkət yeni formatı heç də bütün 2 milyard istifadəçisi üçün sınaqdan keçirməyiı və ya bütün kommersiya saytlarını ucdantutma haqq ödəməyə məcbur etməyi planlaşdırmır.

Bu dəyişiklik həm də o deməkdir ki, istifadəçilər post lentində xəbərləri daha az görəcəklər. Xəbərlər ümumiyyətlə Facebook üçün son vaxtlar həssas məsələyə çevrilib. Bu sosial media tez-tez saxta xəbərlərin və açıq yalanların hədəfinə çevrilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG