Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

"Facebook" 5 milyard dollar cərimələndi


 Facebook-un banisi Mark Zuckerberg
Facebook-un banisi Mark Zuckerberg

ABŞ-ın federal ticarət komissiyası Facebook şirkətini 5 milyard dollar cərimələyib.

Buna səbəb, 2018-ci ildə şirkətdən 87 milyon istifadəçinin özəl məlumatlarının sızdırılmmasıdır.

Reuters agentliyinin məlumatına görə, şirkətdən həmçinin şəxsi məlumatların qorunmasının gücləndirilməsi tələb olunur.

Bu federal ticarət komissiyasının indiyədək kəsdiyi ən böyük cərimədir.

CNN-nin məlumatına görə, bu təxminən şirkətin 1 aylıq gəliri deməkdir.

Qərara əsasən, "Facebook" un idarə heyəti məxfiliklə bağlı müstəqil komitə yaradacaq. Hansı ki, bu "istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə təsir göstərə bilən qərarlar üzərində" Facebook şirkətinin direktoru Mark Zuckerberg-in maneəsiz nəzarətini aradan qaldırır.

Həmçinin, sosial şəbəkəyə, istifadəçilərin telefon nömrələri və elektron poçt ünvanlarından reklam alətləri üçün istifadə etməsi qadağan edilir.Şəxsin tanınması indi yalnız istifadəçinin razılığı ilə olmalıdır.

Facebook-un nümayəndələri bəyanat yayaraq şəxsi məlumatların qorunması sahəsində dəyişikliklərə hazır olduqlarını bildiriblər. Onlar ümid edirlər ki, yeni müdafiə standartları bütün sənaye üçün bir nümunə olacaq.

Qərar münasibət bildirən Mark Zuckerberg deyib ki, bu dəyişiklik təkcə administrativ yox, texniki sahəyə də aid olacaq. “İndi Facebook özünün bütün texniki sistemini yoxlamalı və informasiyaların qorunması ilə bağlı bütün mümkün riskləri sənədləşdirməlidir. Bu eyni zamanda hər bir yeni məhsula da tətbiq olunmalıdır”. Mark Zuckerberg bildirib.

Məxfi məlumatların sızdırılmasının əsas mənbəyi Cambridge Analytica şirkəti olub.

Şirkət həmin məlumatlardan, Facebook-un qaydalarından yan keçərək Donald Trump-ın seçkiqabağı kampaniyası zamanı reklam məqsədilə istifadə edibmiş.

ABŞ-n federal ticarət komissiyası isə bundan sonra məsələ ilə bağlı araşdırma aparırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG